"Əminəm ki, bu terroru törədənlər gec-tez cəzalandırılacaq" - DEPUTAT

Bu sözləri 7NEWS.az-a açıqlamasında millət vəkili Nurlan Həsənov deyib: "Tehrandakı diplomatik nümayəndəliyimizə qarşı törədilən terror aktı zamanı qəhrəmanlıq göstərərək həyatını itirən vətəndaşımızın ailəsinə baş sağlığı verirəm! 
Nədənsə diplomatik nümayəndəliklərimizə qarşı hücumlar ermənistanın "bacılarının” ölkəsində artıq trendə çevrilir. Bu terror aktının arxasında kimlərin olduğu və kimin buna şərait yaratdığı gün kimi aydındır. Diplomatlara qarşı terror aktları törətmək xüsusilə ASALA erməni terror təşkilatına xas xüsusiyyət olub. Əminəm ki, bu terroru törədənlər gec-tez cəzalandırılacaq. Lakin, bu terroru pərdəarxasında idarə/təşkil edənlər və ya buna şərait yaradanlar açıq şəkildə ifşa edilməlidir, erməni ya iranlı, kim olur olsun!"

Xəbər lenti