Enerji böhranı: Almaniya nüvə stansiyalarının bağlanmasını təxirə salacaq

Enerji böhranı: Almaniya nüvə stansiyalarının bağlanmasını təxirə salacaq
Mümkün enerji böhranını aradan qaldırmaq üçün Almaniya ilin sonunda bağlanmasına qərar verilən üç atom elektrik stansiyasının fəaliyyətini gələn ilin aprel ayına qədər uzadacaq.

7NEWS.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz ölkədə hələ də fəaliyyət göstərən üç AES-in bağlanması ilə bağlı koalisiya tərəfdaşları arasında həftələrdir davam edən mübahisələrə son qoyub. Bazar ertəsi əlaqədar nazirlərə göndərdiyi məktubda Scholz, 31 dekabr 2022-ci ildə bağlanması gözlənilən Isar 2, Neckarvestheim 2 və Emsland atom elektrik stansiyalarının 15 aprel 2023-cü il tarixinə qədər istismarı üçün hüquqi bazanın yaradılmasını tapşırıb. 
Yaşıllar Partiyası həftə sonu keçirilən ümumi yığıncaqda Emsland Atom Elektrik Stansiyasının 2022-ci ilin sonuna kimi fəaliyyətini dayandıracağına qərar verib. Yaşıllar Partiyasından federal iqtisadiyyat naziri Robert Habek qeyd edib ki, gələn ilin aprel ayına qədər ölkənin cənubundakı yalnız Isar 2 və Neckarvestheim 2 atom elektrik stansiyaları işləyə biləcək.

7NEWS.az

Xəbər lenti