“Ərdoğan çox böyük siyasi liderdir” - DEPUTAT

“Ərdoğan çox böyük siyasi liderdir” - DEPUTAT
 

"Türkiyədə keçiriləcək seçkilər bizim üçün çox ciddi əhəmiyyət kəsb edir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Təbii, seçkinin taleyini xalq həll edəcək. Hər şeyi xalqın iradəsi müəyyənləşdirəcək. Amma bu seçkidə heç şübhəsiz ki, əsas favorit Rəcəb Tayyib Ərdoğandır. O, çox böyük siyasi liderdir, güclü şəxsiyyətdir, mükəmməl dövlət başçısıdır. Eyni zamanda Azərbaycana da son dərəcə yaxın bir insandır. Arzum budur ki, mayın 14-də cənab Ərdoğan qalib gəlsin. İnşallah, belə də olacaq.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti