Ərdoğan: Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək göstərməyə davam edəcək

Ərdoğan: Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək göstərməyə davam edəcək

Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycana dəstək göstərməyə davam edəcək.

ShushaPost-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib: "Biz də Dağlıq Qarabağ məsələsini lap əvvəllərdən öz problemimiz olaraq qəbul etdik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində təcili həlli ən böyük arzumuzdur. Bu məsələdə Azərbaycana verdiyimiz dəstəyi bundan sonra da qətiyyətlə davam etdirəcəyik".

Prezident bildirib ki, Türkiyə Azərbaycanla hərbi və müdafiə sənayesi sahələrindəki əməkdaşlığı da gücləndirməkdə qərarlıdır.

Xəbər lenti