Ərdoğandan dünyaya Şuşa konsulluğu mesajı - o sözləri niyə dedi...

15 İyun 2023, 15:51
15 İyun
2023
15:51
103
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana etməklə, həm də bunu ən qısa zamanda gerçəkləşdirməklə əslində dünyaya növbəti dəfə mesaj verib. O, Bakıda olarkən həm regional, həm qlobal proseslərlə, həm də konkret Qarabağla bağlı mühüm açıqlamaları ilə də dünyaya - dostlara, bədxahlara ismarışlarını çatdırmış oldu.
Bunlardan ən mühümü Ərdoğanın "Türkiyənin Şuşada Baş Konsulluğunu istənilən zaman açmağa hazırıq” söyləməsi oldu: "Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. Əgər Türkiyənin Şuşada Baş Konsulluğu açılarsa, əlbəttə, bu, Ermənistan başda olmaqla, bütün dünyaya bir mesaj olacaq”.
Şuşada Türkiyə dövlətinin konsulluğunun açılacağı ilə bağlı bəyanat əslində Şuşa Bəyannaməsi imzalanan vaxt verilmişdi. Əlbəttə, diplomatik nümayəndəliyin yaradılması asan proses deyil və həm də nəzərə almaq lazımdır ki, Şuşada sürətli təmir-bərpa işləri gedir, ermənilər bu şəhəri elə kökə salmışdılar ki, restavrasiya üçün uzun zaman lazımdır. Türkiyə konsulluğu isə təbii ki, möhtəşəm bir binada olmalıdır. Ərdoğan Azərbaycanda səfərdə olarkən konsulluğun açılması işlərinin sürətləndirilməsi üçün XİN başçısı Hakan Fidana da tapşırıq verib. Ərdoğanın "Əgər Türkiyənin Şuşada Baş Konsulluğu açılarsa, əlbəttə, bu, Ermənistan başda olmaqla bütün dünyaya bir mesaj olacaq” söyləməsi təsadüfi deyil. Bu sözlərin arxasında böyük bir məna var. Söhbət ondan gedir ki, bugünədək bəzi Avropa səfirləri Şuşaya səfər etməkdən yayınıblar, revanşist ermənilər yenə də Şuşanın adını təhrif edərək yazırlar və s. Ərdoğan konkret olaraq bunlara konkret son qoyulması ismarışını çatdırıb.
Qardaş ölkənin başçısı bununla konkret kimlərə səsləndi? Bu mesajın açması nədir?

Elşən Musayev: "Bu ismarış düşmənin belinin növbəti dəfə qırılması anlamına gəlir”
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Ərdoğanın Bakı mesajlarının son dərəcə ciddi bir hadisə olduğunu söylədi: "Heç şübhəsiz ki, cənab Ərdoğanın Azərbaycana rəsmi səfəri dostları sevindirən, düşməniləri isə kədərləndirən bir hadisədir. Üstəlik, bu səfərin Türkiyədə keçirilən prezident seçkisindən dərhal sonra reallaşması ondan xəbər verir ki, Türkiyə və Azərbaycan qardaşlığı, iki dövlət arasındakı möhkəm münasibətlər yüksələn xətt, istiqamət üzrə davam edir. Bu da son dərəcə qürurverici, sevindirici bir haldır.
Təbii ki, indi son dərəcə həssas məqamdır. Əzəli torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilib və sülhün astanasındayıq. Və belə bir məqamda cənab Ərdoğanın Azərbaycana növbəti dəfə səfər etməsi, ələlxüsus da Qarabağla bağlı gözlənilən açıqlamalar, mesajlar verməsi son dərəcə ciddi hadisədir və paralel olaraq həm də birliyimizin, vəhdətimizin təcəssümüdür. Eyni zamanda Türkiyə Prezidenti Şuşada çox tezliklə Baş Konsulluğun açılması ilə də bağlı məxsusi mesaj verdi. Bu, düşmənin belinin növbəti dəfə qırılması anlamına gəlir! Həmin ismarış artıq Qarabağda təhlükəsizliyin tam təminatı, təməlli sülhün tezliklə reallaşması, bölgədəki sabitliyin günbəgün daha da möhkəmlənəcəyi anlamına gəlir.
Bildiyimiz kimi, artıq konsulluğun açılması üçün işlər intensivləşib, hər iki dövlətin aidiyyəti qurumlarına bununla bağlı müvafiq tapşırıqlar verilib və düşünürəm ki, cənab Ərdoğanın son səfərindən sonra məlum istiqamətdə iş prosesi daha da sürətlənəcək".

Əhəd Məmmədli: "Ərdoğanın ”Qızıl alma" hədəfində Azərbaycanın xüsusi yer alması çox önəmlidir"
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Azərbaycan üçün növbəti vacib proseslərin başlandığını qeyd etdi: "Əvvəla onu deyək ki, qardaş ölkə Türkiyənin prezidentinin Azərbaycana səfər etməsi artıq siyasi ənənə, etiket halını alıb. Türkiyə-Azərbaycan yaxınlaşması son illər daha sürətli hal alıb. Bu yöndə iki dövlət başçısının da fəaliyyəti təqdirəlayiqdir. Ümumiyyətlə, Ərdoğan personasının Türkiyə-Azərbaycan yaxınlaşmasında rolu haqqında ayrı danışmaq olar. Ərdoğanın "Qızıl alma" hədəfində Azərbaycanın xüsusi yer alması çox önəmlidir. Hələ 44 günlük müharibədən əvvəl həm də sizin KİV-ə müsahibələrimdə dəfələrlə vurğulamışam ki, nə vaxta qədər Ərdoğan Türkiyədə hakimiyyətdədir, biz bundan ölkə olaraq yaxşı mənada öz xeyrimizə maksimum istifadə etməliyik. 2020-ci ilə Qarabağ münaqişəsinin həllində Azərbaycan üçün həlledici il kimi baxırdım və bütün bunları Ərdoğanın Azərbaycana müsbət amili ilə bağlayırdım. Şükürlər olsun ki, 2020-ci ildə Azərbaycan böyük ölçüdə Qarabağ problemini həll etdi və burada Ərdoğan Türkiyəsinin rolu əvəzsiz oldu. Şuşada konsulluğa gəldikdə isə bu çox əla ideyadır. Ələlxüsus da Zəngəzurda İran və Rusiyanın konsulluğunun açılmasına yaxşı cavab olardı. Bəzi Qərb səfirlərinin hələ də Şuşaya səfər etməməsi onlar üçün rəzalətdir. İşğaldan azad edilmiş qədim Azərbaycan şəhəri Şuşaya hələ də səfər etməmək bilavasitə ərazi bütövlüyümüzü şübhə altına qoymaqdır və təbii ki, bu hal bizim üçün qəbuledilməzdir. Fürsətdən istifadə edərək Şuşada konsulluqdan əlavə həm də əvvəl planlaşdırılan Alparslan Türkeşin adına ülküçü məktəbin açılmasının da vacibliyini bildirirəm. Qarabağ, Şuşada MHP-nin məktəbinin açılması Türkiyə konsulluğunun açılması kimi önəmli faktordur".

Elxan Şahinoğlu: "Qərbə, Rusiyaya və İrana, eləcə də Ermənistana, separatçılara mesajdır ki...”
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə daha vacib bir məqama aydınlıq gətirdi. Onun fikrincə, Dövlət Baxçalının Şuşada məktəb tikmək təşəbbüsünə olan maneələr burada təkrarlanmamalıdır: "Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfrasında Şuşada konsulluqla bağlı açıqlaması hamıya bir mesajdır. Xüsusilə Qərbə, Rusiyaya və İrana, eləcə də Ermənistana, separatçılara mesajdır ki, artıq Türkiyə Qarabağda möhkəmlənib. Çünki konsulluğun varlığı həmin ölkənin həmin ərazidə varlığını möhkəmləndirir. Azərbaycana da mesajdır ki, bu işi sürətləndirmək lazımdır. Çünki bu məsələ Şuşa Bəyannaməsində də əks olunub. Orada müvafiq bənd var. Bu prosesi sürətləndirmək lazımdır. Qətiyyən ləngitmək olmaz. Zatən Şuşada indi tikinti işləri sürətlənib. Konsulluq binasının inşasını sürətləndirib, Türkiyənin konsulluq xidmətinin fəaliyyətini sürətləndirmək Azərbaycan üçün də siyasi mənada əhəmiyyətlidir. Çünki Türkiyənin Qarabağda varlığı Azərbaycanın birbaşa milli və təhlükəsizlik maraqlarına cavab verir. Bu, separatçılara və Rusiyaya ciddi mesajdır. Biz indi çalışırıq ki, Rusiya iki ildən sonra bölgəni tərk etsin. Demək, Türkiyə yanımızda olmalıdır. Ona görə də Ərdoğanın bu məsələnin üzərinə yenidən qayıtması, xatırlatma etməsi hamıya ciddi mesajdır ki, bu məsələ həll olunmalıdır. Türkiyə Azərbaycana dəstəyini davam etdirəcək. Fikir verin, Ermənistan çalışır ki, ona dost, tərəfdaş ölkələr Zəngəzurda konsulluqlar açsınlar. İkisi artıq açıb, İran açıb, Rusiya da artıq açmaq üzrədir. Belə olan halda biz də öz müttəfiqimiz və qardaş dövlət Türkiyə ilə birgə hərəkət etməliyik, Şuşada həmin konsulluq binasının açılmasını sürətləndirməliyik. Hələ başqa bir təşəbbüs də var idi. Çox təəssüf ki, o həyata keçirilmədi. MHP-nin vəsaiti ilə Şuşada məktəb tikilməsini nəzərdə tuturam. Təəssüf edirəm ki, bürokratik əngəllər buna mane oldu. Amma eyni bürokratik əngəllər Şuşada Türkiyə konsulluğunun açılmasını ləngitməməlidir”.

Alp Arslan İmamqulu: "Bu mesaj həm region, həm də dünya dövlətlərinə yönəlib”
Hərbi ekspert Alp Arslan İmamqulu bildirdi ki, Şuşada konsulluğun açılması Şuşa Bəyannaməsindən irəli gələn atılmış bir addım olacaq: "Burada çox önəmli bir mesaj da verilib. Bu mesaj həm region, həm də dünya dövlətlərinə yönəlib. Sadəcə, Ermənistan üçün deyil, eyni şəkildə onun havadarları, ona dəstək olan revanşist qüvvələr üçün açıq bir məna daşımaqdadır. Türkiyənin bu addımı atmış olması Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin gələcəkdə daha sıx əlaqələr qurmalarına səbəb olacaqdır. Bunun davamında ortaq universitetlərin, ali hərbi məktəblərin qurulması yönündə addımlar da mütləq atılacaq. Bütün bunlar ümumən gələcəkdə - necə ki, NATO var-bir Turan ordusunun qurulması istiqamətində atılmış olan addımların bir tərkib hissəsidir”.
Xəbər lenti
-
18:24“ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib
-
18:19Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
-
12:22“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirilib
-
11:41Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək
-
10:41Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
-
12:43İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var - MÜSAHİBƏ
-
11:28VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
-
11:25Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
11:23Vardanyanın milyardlıq mülkləri...
-
10:08Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
-
13:47“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:39“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
11:09Şəmkir rayonunda gənc qızların təhsilə marağının artırılması ilə bağlı layihəyə start verilib
-
10:15Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
-
21:05Alındı, cənab Prezident!
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:49“Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar” adlı layihəyə start verildi
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
03 Oktyabr 2023
02 Oktyabr 2023
01 Oktyabr 2023
30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
Digər xəbərlər
-
SOSİAL, SİYASƏT
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
GÜNDƏM, SİYASƏT
Alındı, cənab Prezident!
-
GÜNDƏM, SİYASƏT
“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
SİYASƏT
Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
GÜNDƏM, SİYASƏT
“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
SOSİAL, SİYASƏT
Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
GÜNDƏM, SİYASƏT
Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
GÜNDƏM, SİYASƏT
“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
SİYASƏT
“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ