“Erməni vandallar Xocalı soyqırımına görə hərbi tribunalda cavab verməlidirlər!” - BƏYANAT

“Erməni vandallar Xocalı soyqırımına görə hərbi tribunalda cavab verməlidirlər!” - BƏYANAT
7NEWS.az Azərbaycan Demokratik Maarifçilik Partiyasının Bəyanatını təqdim edir.

Xocalı soyqırımı Azərbaycanın ən böyük faciələrindən biridir. O faciə ki, vandal və faşist ruhlu erməni cəlladları tərəfindən törədilib. Şahidlər, sübutlar da yetərincədir. Amma nə təəssüf, 31ildir bu cinayəti həyata keçirən əsas qatillər və həmin cinayətin stimulvericiləri hələ də azadlıqdadır.

31il. Bəli, düz 31il. Xocalı soyqırımından məhz 31il ötür. 31ildir bu acının zədələri sağalmır. 31ildir bu acı qan yaddaşımıza hopub. 31ildir bu acının sarsıntıları qəlbimizdədir.

Xocalı soyqırımı siyasi qiymətini çoxdan alıb – dünyanın nəhəngdövlətlərinin hökümət və Parlamentləri səviyyəsində. Fəqət, hüquq dilemması bu günə qədər davam edir, öz çarəsini, yöntəmini axtarır. Və ümidsiz deyilik. Əminik ki, hüquqi qiymət də olacaq. Mütləq olacaq. Bir gün mütləq hərbi tribunal çağırılacaq, cinayətkarlar qlobal səviyyədə ifşa ediləcək.

44 günlük Vətən Müharibəsində Xocalı şəhidlərinin də qisası alınıb. Qəhrəman oğullarımız düşmənə elə dərs verdilər ki, onların başına elə "dəmir yumruq” endirdilər ki, bundan sonra 5 əsr də keçsə erməni naqislər özlərinə gələ, müvazinətlərini bərpa edə bilməyəcəklər.

Bütün müharibələr boyunca bizim ermənidən əsas fərqimiz bu olub ki, biz döyüşəndə də kişi kimi döyüşmüşük, mülki əhaliyə toxunmamışıq, qocaya, qadına, uşağa əl qaldırmamışıq, qırmızı xətləri keçməmişik. Ermənilər isə illər öncə də, daha sonra da bütün dəyərləri məhv elədilər. Ən alçaq yolları sınaqdan keçirdilər. Mənəviyyatsızca davrandılar. Xocalı miqyasında qətliama, soyqırıma imza atdılar. Bəşəriyyətin, siyasətin, hüququn heç bir zaman bağışlamayacağı bir qanlı hadisəni, müharibə cinayətini törətdilər.

Tarix və zamanheç nəyi unutmayıb. Yaddaşımız aydındır. Şəhidlərin xatirəsi qəlbimizdədir. Tanrı və ədalət yanımızdadır. Azərbaycan indi o qədər güclü və qüdrətlidir ki, erməni artıq yanımızdan yel də olub ötə bilməz. İndi erməni üzr istəyir. İndi erməni yalvarır. İndi erməni kapitulyasiya aktı imzalayır. İndi erməni qorxusundan gizlənməyə dəlik axtarır. Indi erməni məğlubdur.

Bundan sonrakı dövrlərdə və mərhələlərdə də hər şeyə görə cavab verəcək – erməni.Xocalı soyqırımı da daxil törətdiyi bütün cinayətlərə görə cavab verəcək.

Xəbər lenti