“Ermənilər tarixin qorxunc nümunələridir” - Amerikalı professorla MÜSAHİBƏ
20 Avqust 2020, 11:12
20 Avqust
2020
11:12
1109
ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondu (TASFO) qondarma erməni soyqırımını araşdıran qərbli elm adamları ilə müsahibələrini davam etdirir. TASFO-nun bu dəfəki müsahibi ABŞ-ın Tennesse Universitetinin professoru və akademik Maykl Günterdir.
7News.Az onun TASFO rəhbəri Fatih Özonurla müsahibəsini təqdim edir.
- Qərb dünyasında nə XIX əsrin sonlarında Osmanlı ərazilərində Rusiya tərəfindən dəstəklənən erməni terror dəstələrinin həyata keçirdiyi üsyanlar, nə də 1973-1991-cü illər ərzində erməni terror təşkilatlarının (ASALA, JCAG və s.) 21 ölkənin 38 şəhərində törətdiyi cinayətlər "erməni soyqırımı” qədər müzakirə olunmur. Sizcə, bunun səbəbi nədir?
- Haqlısınız, erməni iddiaları daha çox müzakirə olunur. Çünki xristian ermənilər xristian Qərbində özlərinə daha asan yer tapdılar. Eyni zamanda, müsəlman türklər Qərbdə "tarixi düşmən” kimi qəbul edilirdilər. Ermənilər Qərb dillərini türklərdən daha yaxşı bildikləri üçün mesajlarını Qərbə daha yaxşı çatdıra bildilər.
- 1982-ci ildə Türkiyənin Filadelfiyadakı konsulu Kanat Arbaya qarşı uğursuz sui-qəsd cəhdindən sonra üç livanlı erməniyə - Karniq Sərkisyan, Vigen Ovsepyan və Vigen Vazgen Yakobyana həbsdən azad edildən sonra ABŞ vətəndaşlığı verildi. Bəs bu haqda nə düşünürsünüz?
- Həbs cəzasını çəkdikdən sonra başqa cinayət işləməmisinizsə, qanun sizə bərabərhüquqlu şəkildə yenidən cəmiyyətə daxil olmağınıza icazə verir. Ümid edirəm ki, həmin ermənilər qanunlara riayət edəcəklər. Əks təqdirdə, həbsxanaya geri qayıdacaqlar.
- Məlum olduğu kimi, Erməni İnqilab Federasiyası (ARF) 1920-1922-ci illərdə məşhur "Nemesis” əməliyyatı ilə 8 azərbaycanlı və osmanlı diplomatını qətlə yetirib. Eyni zamanda, ASALA 1973-1991-ci illər ərzində 31 türk diplomatını öldürdü, ikisi amerikalı olmaqla, yüzlərlə fransız, alman, isveç, ispan və türk kökənli mülki şəxsi yaraladı. ARF bu cinayətləri - JCAG və ASALA terror təşkilatlarının terror aktlarını "ARA” adı altında aşkar şəkildə dəstəkləyib. ARF kimi terrorizmlə bu qədər dərin bağları olan bir terror təşkilatının ABŞ-da qanuni şəkildə "QHT” olaraq tanınmasının normal olduğunu düşünürsünüz?
- Mən şəxsən terror təşkilatlarına gizli şəkildə sponsorluq etdiyi müddətə qədər ARF-nin QHT kimi qəbul olunmasına etiraz etdim. Lakin son illərdə artıq ARF türk diplomatlarına sui-qəsd həyata keçirmir.
- 1973-1982-ci illər ərzində ABŞ-da 4 türk diplomatı öldürüldü. Bu sahənin mütəxəssisi olaraq, burada – ABŞ-da terrorun qurbanı olan başqa bir ölkənin diplomatı varmı?
- Sözün açığı, ABŞ kimi bu qədər böyük və önəmli bir ölkənin tarixində ictimaiyyətə açıqlanmamış başqa qurbanlar olsa, buna təəccüblənmərəm. Əlbəttə, ermənilər qorxunc bir tarixi nümunə olmağa davam edir. Ümid edirəm ki, Türkiyəyə qarşı çıxan amerikalı ermənilərin bundan sonra atacağı addımlar aqressiv olmayacaq. Həmişə ümid etmişəm ki, məsələ dialoq yolu ilə öz həllini tapacaq. ABŞ-da yaşayan türklərin buna istəkli olacağını bilirəm. Lakin amerikalı ermənilər heç vaxt bunda istəkli olmadılar. 1970-ci illərdə türk tezislərini müdafiə edən professor Stanford Şavla, erməni tezislərini müdafiə edən Riçard Avanesyan arasında qızğın mübahisələr olub.
- Professor Castin Makkarti kimi bir çox elm adamının tarixdə "erməni soyqırımı” olmadığını sübut edən, çox dəyərli araşdırmaları var. Bəs sizin qondarma erməni soyqırımı ilə bağlı düşüncəniz nədir?
- Mənə görə, bu, bir təqdimat məsələsidir. Birinci Dünya Müharibəsi vaxtı Osmanlı İmperiyasında çox sayda erməninin savaş şərtləri, qanun və nizamın pozulması, pis nəqliyyat şərtləri və ya məkan səbəbindən öldüyünə şübhə yoxdur. Ancaq bu ermənilərin ölümünün Osmanlı dövlətinin rəsmi siyasəti olduğunu təsdiq edən heç bir sənəd yoxdur. Məsələn, bunu Osmanlının adına yazan məşhur "Andonyan sənədləri” uydurmadır. Əlavə olaraq, Osmanlı İmperiyasının Qərb sərhədlərində yaşayan ermənilər deportasiya edilməyib. Əksinə, bir çox radikal erməni məsum müsəlmanları öldürdü. Bunu fasiləsiz şəkildə - onillərlə davam etdirdilər.
Soyqırımın beynəlxalq hüquq normaları çərçivəsində qəbul edilməsi üçün ilk növbədə, bunun öncədən planlaşdırıldığı sübut olunmalıdır. Lakin bu da təsdiqlənməyib. Bu məsələ ilə bağlı iki elmi kitabım var, lütfən incələyin. Birincisi, müasir erməni terrorizmi üzərində apardığım araşdırmaların toplandığı – 1986-cı ildə nəşr olunan "Xalqının haqlı mübarizəsinin izində” adlı kitabdır. İkincisi də 2011-ci ildə çapdan çıxan "Erməni tarixi və soyqırım problemi”dir. Hər iki kitab nüfuzlu nəşrlərdə müzakirə mövzusu olub.
Habelə, Benni Morris və Dror Zeevinin "30 illik soyqırım: Türkiyənin etnik xristianları yox etməsi, 1894-1924” adlı kitabına dair araşdırmam və ya tənqidi məqaləm bir müddət əvvəl "The Middle East Journal”da yayımlanıb. Bu ilin yazında… Bu nəşr Yaxın Şərqlə bağlı araşdırmalar sahəsində nüfuzlu jurnal sayılır. Başqa sözlə, bütün faktlar nəzərə alınanda, "soyqırım” ifadəsi erməni məsələsi üçün doğru kəlimə deyil. /Teleqraf.com
Xəbər lenti
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI