Ermənilərin Ağdaban kəndində törətdiyi soyqırımı Azərbaycan xalqına qarşı növbəti cinayətdir - ŞƏRH
06 Aprel 2022, 19:07
06 Aprel
2022
19:07
564
Ermənilər tarixin bütün mərhələlərində Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirib. Bu soyqırımılardan biri də 1992-ci il aprel ayının 8-də - Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırımı hadisəsidir.
Məsələ ilə bağlı Trend-in sualına cavanbında Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, erməni qatillər və cəlladlar Azərbaycana qarşı öz vəhşiliklərini bütün mərhələlərdə davam etdiriblər.
"Ən yeni tariximizdə yaşanan və Ağdaban kəndində törədilən soyqırımı hadisəsi də həmin qəbildəndir. Bu qırğın nəticəsində 70 nəfər günahsız soydaşımız amansızca qətlə yetirilib, 800 insana ağır işgəncələr verilib, 130 ev tamamilə dağıdılıb.
Yəni, erməni hər yerdə olduğu kimi, Ağdabanda da öz vandalizmini, öz qansızlığını, öz vicdansızlığını nümayiş etdirib. Uşaq, ahıl, qadın, qız demədən qarşısına çıxan hamını qırıb, hamıya işgəncə verib, mülki əhaliyə qarşı amansızlıq edib, miqyası çox böyük olan müharibə cinayətləri törədib.
Amma Ağdabanla bu məsələlər, qırğınlar bitirmi? Xeyr. Həmin hadisələr Kəlbəcərdə də, Ağdamda da, Şuşada da, digər bölgələrdə də təkrarlanıb. Xocalı soyqırımı haqda isə artıq bütün dünya danışır. İllər keçdikcə hər kəs erməninin iç üzünü daha yaxından görür, erməni qəsbkarlarını, erməni vandallarını daha yaxından tanıyır”, - deyə deputat bildirib.
O qeyd edib ki, beynəlxalq aləm, beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr bu hadisələrin üzərindən illər keçsə də hələ adekvat reaksiya bildirməyiblər.
"Hansı ki, elə yalnız Ağdaban hadisələrinə görə çoxdan tribunal çağırıla bilərdi. Bəli, burada soyqırımı olub. Burada vəhşilik olub, mülki əhaliyə ağır zərbələr dəyib, erməni cəlladları tərəfindən hərəyə bir şəkildə əzab, əziyyət verilib. Ağdaban hadisələrini qətiyyən unutmaq olmaz. Bu, bizim qan yaddaşımızdır. Həmin hadisələrdə dünyasını dəyişən həmvətənlərimizə Tanrıdan rəhmət diləyirəm”, - deyə deputat qeyd edib.
"Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın həmvətənimizin taleyi barədə prezident İlham Əliyev beynəlxalq qurumlar qarşısında hər dəfə məsələ qaldırsa da, Ermənistan bu vəhşiliyi ört-basdır etməklə cinayətkar əməllərini gizlətmək istəyir”.
Bunu isə Milli Məclisin deputatı Vüqar İskəndərov Trend-in sualına cavabında bildirib.
"İşğaldan azad edilmiş torpaqlarımızda aparılan qazıntı işləri bir daha onu göstərir ki, 90-cı illərin əvvəllərində mənfur düşmənlərimiz demək olar ki, hər rayonda vəhşiliklər törətməklə kütləvi qırğına yol veriblər. İstər Edilli, istər Fərrux kəndi, istər digər ərazilərimizdə bu vandallığın nümunəsinə rast gəlmək olur. Belə cinayətlərdən bir də 1992-ci ildə Kəlbəcərdə törədilib. Həmin vaxt erməni quldurlar tərəfindən həyata keçirilmiş qırğın nəticəsində rayonun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, kəndin 800-ə yaxın dinc sakininə müxtəlif növ işgəncələr verilib, 70-ə yaxın şəxs isə amansızlıqla qətlə yetirilib. 1993-cü il aprelin 3-də Kəlbəcərin işğal edilməsi, əhaliyə qarşı amansız qəddarlıq törədilməsi, ermənilərin insanlıq əleyhinə cinayətləri də bu vandallığın insanlıq qatillərinin ardı olub. Bu gün isə biz topraqlarımızı işğaldan azad etmişik. Cənab prezident artıq beynəlxalq qurumlar qarşısında bu məsələni də hər dəfə qabardır. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronla görüşdə də bu məsələləri yenidən gündəmə gətirməklə Azərbaycanın haqlı mübarizəsini onların diqqətinə çatdırıb. Bu gün Azərbaycan hər istiqamətdə olduğu kimi, bu sahədə də erməniləri diz çökdürəcək. Ola bilər ki, hazırda erməni vandalların törətmiş olduğu əməllərə bəzi ikili standarlarla yaşayan dövlətlər reaksiya verməsin. Amma bu, çox çəkməyəcək. Azərbaycan özü gücü və güclü lideri ilə öz haqq mübarizəsini dünyaya sübut edəcək”, - deputat vurğulayıb.
Xəbər lenti
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı