Ermənilərin Kəlbəcərdə dağıtdığı qəbirlər - FOTO

Ermənilərin Kəlbəcərdə dağıtdığı qəbirlər - FOTO
Ermənilər 28-ilə yaxın işğal altında saxladığı Kəlbəcər rayonunda azərbaycanlılara məxsus qəbirləri tamami ilə dağıdıb. 7NEWS.az-ın bölgə müxbiri xəbər verir ki,  düşmən məzarlıqlardakı  baş daşlarını tamami ilə söküb, sinə  daşlarını dağıdıb. Kəlbəcər rayonunun  Zallar, Yanşaq, Almalı kəndlərində işğaldan öncə dəfn olunan soydaşlarımızın məzarlarında heç bir nişanə qalmayıb. Məzar daşları ilə yanaşı, qədim pirlər, kümbəzlər, məbədlər də  tamami ilə dağıdılıb. Təqdim etdiyimiz foto və video da erməni vəhşiliyinin izləri açıq-aydın görünür.
 





Xəbər lenti