“Ermənistan daha da bədbəxt və rəzil günə qalacaq” – DEPUTAT

“Ermənistan daha da bədbəxt və rəzil günə qalacaq” – DEPUTAT
"Paşinyan sülh müqaviləsi haqda həmişə danışır. Danışır və sonra danışdıqlarını unudur.  Yəni, ortada icraat yoxdur. O da bilirsinizmi niyə yoxdur? Çünki müstəqil insan deyil. Çünki nökər təfəkkürlüdür. Ermənistanın elə bədbəxtliyi də ondadır ki, həmişə kiminsə köləsi olub, əmr qulu olub, yalnız və yalnız qəyyumlarının verdiyi tapşırıqları icra edib. İndi Ermənistanın baş naziri yenə deyir, ilin sonuna qədər sülh müqaviləsi bağlanmalıdır və ya bağlanacaq. Görək. Hər halda ilin axırına bir şey qalmayıb. Tezliklə məlum olacaq ki, Paşinyan dediyində qərarlıdır yoxsa yenə blef edir.”- 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

 

Paşinyan 44 günlük müharibədə elə rəzil günə qaldı, elə bir formada məğlubiyyətə uğradı ki, üçtərəfli razılaşmanın imzalanması zamanı heç onu tapa bilmirdilər, müqaviləni, razılaşmanı da hansı dəlikdən çıxıb imzaladı, məlum deyil. Ona görə sonradan eyforiya yaşadı, üzərinə götürdüyü öhdəliklərdən qaçdı, zaman udmağa çalışdı, təxribatlara əl atdı və vəziyyəti düzəltmək əvəzinə daha da gərginləşdirdi. Əlqərəz, Paşinyan ciddi adam və ciddi siyasətçi deyil. Ondan hər şey gözləmək olar. Amma bir məsələni unutmayaq: Ermənistan və onun rəhbəri özbaşına deyil. Yəni, proseslər, məsələlər onun istəkləri, arzuları ilə həll olmur. Paşinyan sülh müqaviləsini imzalamağa məcbur və məhkumdur! Daha dəqiqi: həmin sülh müqaviləsini imzalamasa, üzərinə götürdüyü öhdəliklərə əməl etməsə o, ilk növbədə özünü "yandıracaq”, öz dövlətinə ziyan vuracaq, Ermənistanı daha da bədbəxt və rəzil günə qoyacaq. Çünki, bir daha deyirəm: alternativ yoxdur. Bölgədə sabitliyin bərqərar olması, münasibətlərin normallaşması həmin sülh müqaviləsindən əhəmiyyətli dərəcədə asılıdır.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti