Ermənistan Diaspor İşləri üzrə Komissarlığı Azərbaycandan nümunə götürür: BÜTÜN RESURSLAR KOPYALANIR

Ermənistan Diaspor İşləri üzrə Komissarlığı Azərbaycandan nümunə götürür: BÜTÜN RESURSLAR KOPYALANIR
7NEWS.az xəbər verir ki, iyul təxribatından sonra biabırçı şəkildə məğlub olan erməni diasporası daha bir unikal addım atıb. Belə ki, Ermənistanın Diaspor İşləri üzrə Komissarlığı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya resurtlarının ideya və formasını kopyalamaqla veb sayt, sosial şəbəkə hesabları yenidən qururlar. İdeya, struktur, texniki göstəricilər birəbir kopyalanıb. Hal-hazırda biz Erməni plagiatçılığının yeni təzahür formasının şahidiyik. 
Məlumat üçün qeyd edək ki, iyul müharibəsindən sonra Ermənistanın Diaspor İşləri üzrə Komissarlığının bütün rəhbər heyəti, yarıtmaz fəaliyyətə görə vəzifədən qovulmuşdular. Bundan sonra yenidən təşkilatlanmağa çalışan qurumun ilk işi plaqiat olub. 
7NEWS.az

Xəbər lenti