Ermənistan öhdəliklərini yerinə yetirməsə... - RƏY

Ermənistan öhdəliklərini yerinə yetirməsə... - RƏY
"Cənab Prezidentin ilin 1-ci rübünün yekunlarına həsr olunmuş müşavirədə söylədiyi fikirlər son dərəcə dolğun və məntiqli fikirlərdir. İlham Əliyev həmin mükəmməl nitqində növbəti dəfə doğma Qarabağımız haqda danışdı və eyni zamanda razılaşmalara əsasən nələrin edilməli olduğunu Ermənistana xatırlatdı”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib. 

Deputat bildirib ki, Ermənistan ciddi dövlət deyil və bu qeyri-ciddiliyin nəticəsidir ki, razılaşmalara hələ də tam əməl etmir: "Cənab Prezident doğru olaraq qeyd etdi ki, Ermənistan bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Hazırda diktə edən tərəf Azərbaycan dövlətidir və Ermənistan da ağlını başına yığaraq həmin reallıqla barışmalıdır, razılaşmalara əməl etməlidir. Etmədiyi halda özü itirəcək və beynəlxalq, regional sferadan daha da təcrid olacaq”./Publika.az

Xəbər lenti