Ermənistan PUA-sı mövqelərimiz üzərində kəşfiyyat aparmaq istədi, məhv edildi

Ermənistan PUA-sı mövqelərimiz üzərində kəşfiyyat aparmaq istədi, məhv edildi
Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bu barədə 7News.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Xəbər lenti