Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa ediliblər - VİDEO

16 May 2023, 09:41
16 May
2023
09:41
121
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir.
Bu barədə 7News.Az-a Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.
Görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlunun saxlanılaraq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuşdur.
Müəyyən edilmişdir ki, Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirmişdir.
Rəşad Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlu və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlamışdır. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən "Youtube” kanalları və digər sosial şəbəbəkələrdə paylaşılmışdır.
Rəşad Əhmədov Ermənistan xüsusi xidmət orqanlarının himayəsi altında Yerevan Dövlət Universitetində kafedra rəhbəri Qarnik Asatryan və qeyrilərinin xüsusi olaraq məqsədyönlü şəkildə tərtib etdikləri Azərbaycan Respublikası ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni etnik separatizm məqsədilə Azərbaycan Respublikası vətəndaşları arasında yayılmasını təşkil etmişdir.
Bundan başqa, Rəşad Əhmədov Azərbaycan Respublikası vətəndaşlarının guya etnik və dini zəmində iğtişaşlar törətmək niyyətini nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının ərazisində partlayış, yanğın və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan hərəkətlərin planlaşdırılması, terror aktları törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi, onların birgə cinayətkar fəaliyyətə cəlb olunması və terror-təxribat əməllərinin hazırlanması istiqamətində ona verilmiş digər tapşırıqları da icra etmişdir.
Əhmədov Rəşad Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.1 (terrorçuluğa hazırlıq) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar), Əmirov Rövşən Musa oğlu 274 (dövlətə xəyanət) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Xəbər lenti
-
11:55Şahramanyan həbs edilib, Balasanyan və Vardanyanın taleyi sabah bəlli olacaq
-
09:07"Bu günün uğurlarına görə Ulu Öndər Heydər Əliyevə minnətdarıq" - Səbuhi Abbasov
-
18:24“ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib
-
18:19Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
-
12:22“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirilib
-
11:41Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək
-
10:41Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
-
12:43İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var - MÜSAHİBƏ
-
11:28VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
-
11:25Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
11:23Vardanyanın milyardlıq mülkləri...
-
10:08Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
-
13:47“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:39“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
11:09Şəmkir rayonunda gənc qızların təhsilə marağının artırılması ilə bağlı layihəyə start verilib
-
10:15Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
-
21:05Alındı, cənab Prezident!
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:49“Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar” adlı layihəyə start verildi
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
04 Oktyabr 2023
03 Oktyabr 2023
02 Oktyabr 2023
01 Oktyabr 2023
30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
Digər xəbərlər
-
SOSİAL
“ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib
-
SOSİAL
Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
-
GÜNDƏM, SOSİAL
“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirilib
-
SOSİAL
Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək
-
SOSİAL
Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
-
GÜNDƏM, SOSİAL
İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var - MÜSAHİBƏ
-
SOSİAL, SİYASƏT
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
GÜNDƏM, SOSİAL
Vardanyanın milyardlıq mülkləri...
-
SOSİAL
“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir