“Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.” – PARTİYA SƏDRİ

“Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.” – PARTİYA SƏDRİ

 

"Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin "Zəfər Günü”ndə Şuşadan verdiyi mesajlar olduqca önəmli və qürurvericidir. Həqiqətən də biz bu qalibiyyəti çox gözləmişdik və nəhayət uğurlu, məqsədyönlü siyasət nəticəsində arzumuza çatdıq. Və bundan sonra hər şeyi biz diktə edəcəyik.” -7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Ermənistan ilk növbədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Tamlıqla. Yerinə yetirməsə bunun mütləq bir şəkildə cavabı olacaq. Çünki Azərbaycan Ordusu indi daha da güclənib, möhkəmlənib və sərhəd boyunca da əsas strateji yüksəkliklərə nəzarət edir.

44 günlük müharibə bizim qürur və qəhrəmanlıq səlnaməmizdir. Mərd oğullarımız, qəhrəman əsgərlərimiz həmin müharibədə düşmənin başını əzdi və 30 ilə yaxın əsarətdə olan əzəli torpaqlarımızı işğaldan azad etdi. Bundan sonra da doğma Azərbaycanımızı yalnız və yalnız qalibiyyətlər müşayət edəcək və Müzəffər Ali Baş Komandanımız bizləri daim böyük qələbələrə doğru aparacaq.” - deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti