Ermənistanda kişi qalmadı: Qadın könüllülər cəbhəyə göndərilir

Ermənistanda kişi qalmadı: Qadın könüllülər cəbhəyə göndərilir

Azərbaycan ordusunun Ermənistan Silahlı Qüvvələrinə cəbhədə vurduğu ardıcıl ağır zərbələr düşməni çətin vəziyyətdə qoyub. Düşmən artıq kişilərdən ibarət ordusunu Azərbaycan hərbçiləri qarşısına çıxarmaqda çətinlik çəkir.

Bunu Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın "Facebook” səhifəsindəki açıqlamasından görmək mümkündür.

O bildirib ki, bir qadın batalyonu yaradılıb:

 

"Yüz nəfər artıq qeydiyyatdan keçib, çox müraciət var”.

Qeyd edək ki, Ermənistan Qarabağ müharibəsində könüllülərin qəbulu prosesini davam etdirir.
Xatırladaq ki, birinci Qarabağ müharibəsi zamanı bir neçə qadın batalyonu Ermənistan tərəfdən cəbhə xəttində vuruşub.


Xəbər lenti