“Ermənistanın mina terroruna susqun qalan dünya 30 il boyunca işğal faktına da susmuşdu” – DEPUTAT

“Ermənistanın mina terroruna susqun qalan dünya 30 il boyunca işğal faktına da susmuşdu” – DEPUTAT
"Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir. Yenə də az qala hər həftə insan itkisi olur, yaralananlar, amputasiya olunanlar var. Və burada sual, daha dəqiqi suallar meydana çıxır: hara qədər davam edəcək, bu terror? Niyə beynəlxalq təşkilatların səsi çıxmır? Niyə onlar səssizdir? Məgər görmürlərmi ki, Ermənistan açıq bir formada insanlıq əleyhinə cinayətlər törətməyə davam edir?” -7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.  

"Zatən ermənilər 44 günlük müharibədə də bütün yaramazlıqları etdilər, hər miqyasda cinayətlər törətdilər. Çünki, onların mahiyyəti budur. Çünki onlara yaranışdan terror, təxribat aşılanır. Amma və lakin! Bir daha təkrar edirəm: bəs beynəlxalq aləm? Həmin beynəlxalq aləm hara baxır? Niyə erməniyə "dur” deyən yoxdur? Beynəlxalq təşkilatlar heç olmasa bəyanat qəbul etsinlər, qınasınlar, nəsə eləsinlər. Varmı bir icraat? – Yoxdur! Hətta ən kiçik icraat belə yoxdur. Erməninin də ayağı ona görə yer alıb, ona görə öz cinayətlərinə davam edir. Fəqət, Paşinyan da, Ermənistan da bir məqamı unudur ki, Azərbaycanın "dəmir yumruq”u yerindədir. Bu gün Ermənistanın mina terroruna susan dünya 30 il boyunca işğal faktına da susmuşdu. Amma həmin susqunluq Azərbaycanın gücünü azaltmadı və erməni 44 günlük müharibədə darmadağın oldu. Bundan sonra da Azərbaycana qarşı yanlışlıqlar davam etsə terrorçu və təxribatçı erməni öz layiqli cəzasını və cavabını alacaq.”- deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti