EU Reporter: İlham Əliyev regionda sülh, sabitlik və təhlükəsizliyin qarantıdır
24 Dekabr 2021, 12:43
24 Dekabr
2021
12:43
693
Keçən həftə Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında konstruktiv danışıqlara təkan verdi və bu, Cənubi Qafqaz regionunda davamlı sülhün əldə olunması üçün əlamətdar hadisə oldu.
Bu barədə politoloq Dr. Ceyhun Osmanlı özünün EU Reporter üçün yazdığı məqalədə bildirir.
Müəllif həmçinin yazır ki, Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin sülh təşəbbüsü iki qonşu dövlət arasında münasibətlərin normallaşmasına mühüm töhfə kimi qiymətləndirilib və bu, onların sərhədlərinin delimitasiyası və demarkasiyasına (Aİ tərəfindən ekspert missiya qrupu və texniki yardım vasitəsilə dəstəkləyəcək), gücləndirilmiş etimad quruculuğuna, xalqlararası ünsiyyətə və mühüm nəqliyyat infrastrukturunun, xüsusilə də Azərbaycandan Naxçıvan Muxtar Respublikasına Zəngəzur dəhlizi kimi tanınan ərazidən - Ermənistandan keçməklə dəmir yolunun tikintisi ilə hərtərəfli sülh sazişinə gətirib çıxaracaqdır.
Mişel Ermənistan və Azərbaycan sərhədində son silahlı toqquşmalardan sonra gərginliyin azaldılmasını təmin etmək üçün hər iki ölkə liderinin atdığı addımları yüksək qiymətləndirib. Xüsusilə, Prezident Mişelin dəstəyi ilə hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa kommunikasiya əlaqəsinin uğurla qurulması, bu yaxınlarda Azərbaycan tərəfindən on erməni məhbusun azad edilməsi və qalan mina xəritələrinin Ermənistan tərəfindən təhvil verilməsi alqışlanıb.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsinin 30 ildir davam edən erməni işğalına son qoyan 44 günlük müharibədən sonra 10 noyabr 2020-ci ildə Ermənistan, Azərbaycan və Rusiya tərəfindən üçtərəfli saziş imzalansa da, son vaxtlara qədər Ermənistan-Azərbaycan sərhədində ara-sıra atışmaların baş verdiyi bildirilir və həll olunmamış problemlər regional sabitliyə təhlükə yaratmaqda davam edir. Münasibətlərin normallaşması Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) tərəfindən də dəstəklənib. Bu ay prezident Əliyev NATO-nun baş katibi Yens Stoltenberq, eləcə də Şimali Atlantika Şurasının bütün 30 müttəfiqi ilə görüşüb. "NATO-nun Azərbaycanla tərəfdaşlığında dialoq və anlaşmanın vacibliyini” vurğulayan Stoltenberq bildirib ki, "Azərbaycan Əfqanıstandakı missiyamıza mühüm töhfələr verib. Bu yay evakuasiya zamanı Kabil hava limanında təhlükəsizliyin təmin edilməsində Azərbaycan silahlı qüvvələri mühüm rol oynayıb”.
Brüsseldə baş verən bu son müsbət irəliləyişlər, eləcə də iki ölkə arasında birbaşa dialoqun davam etdirilməsini dəstəkləyən gücləndirilmiş ATƏT-in Minsk Qrupunun mövcudluğu yaxın gələcəkdə Cənubi Qafqazda sülh atmosferin olacağına işarə edir.
Bu, müharibə illərində populyarlığı pik həddə çatan Azərbaycan prezidenti İlham Əliyev üçün xoş xəbərdir. O, Azərbaycanın dədə-baba torpaqlarını işğaldan azad etməklə yalnız uzun sürən münaqişə zamanı öz yurd-yuvasından didərgin düşmüş 1 milyon azərbaycanlı məcburi köçkün və qaçqın üçün deyil, həmçinin Ermənistanın BMT, Avropa Parlamenti, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının(ATƏT) Ermənistan ordusunun Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan dərhal çıxarılmasını tələb edən bir sıra qətnamələri və beynəlxalq hüquq normalarını pozmasına baxmayaraq, bütün xalq üçün tarixi ədaləti bərpa etdi. İndi o, regionda sülh, sabitlik və təhlükəsizliyin simvoluna çevrilmək üzrədir.
Azərbaycan öz milli maraqlarını, o cümlədən mehriban qonşuluq, dinc yanaşı yaşamaq və bərabərhüquqlu əməkdaşlıq prinsiplərini rəhbər tutaraq, Sovet İttifaqından müstəqillik qazandıqdan sonra çoxvektorlu xarici siyasət həyata keçirir. Azərbaycan Respublikası BMT, ATƏT və Müstəqil Dövlətlər Birliyi (MDB) kimi bütün aparıcı beynəlxalq hökumətlərarası təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa Şurasına üzvlük və digər əməkdaşlıq mexanizmləri ilə Avropaya lövbər salmaqla yanaşı, həm də İslam dünyası ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür. Bu siyasətin müdrikliyi və praqmatizmi Azərbaycanın hərbi ittifaqlarda təmsil olunmaması, blok qarşıdurmasına deyil, çoxtərəfli əməkdaşlığa üstünlük verməsində özünü göstərir və bunu Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması sübut edir. Azərbaycan həm də çoxsaylı mədəni, idman və sosial təşəbbüslərə, o cümlədən "Bakı-2015” ilk Avropa Oyunlarına və 2017-ci ildə İslam Oyunlarına, multikulturalizm, dinlərarası dialoq və dini tolerantlığa dair forumlara ev sahibliyi edir.
Dekabrın 24-də 60 yaşı tamam olacaq Prezident Əliyev 2003-cü ildə atası Ümummilli Lider Heydər Əliyevdən sonra prezident vəzifəsinə seçilmişdir. 2000-ci illərin əvvəllərindən Azərbaycanda böyük dəyişikliklər baş vermişdir. O, yoxsulluğun azaldılmasında və ümumi rifahın artırılmasında nəzərəçarpacaq irəliləyiş əldə etmişdir. Yüksək iqtisadi artım templəri, artan məşğulluq və yüksək real əmək haqqı artımları bütün bunlar yoxsulluğun azalmasına və orta təbəqənin genişlənməsinə kömək etmişdir. Dünya Bankının məlumatına görə, "2015-ci ildə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra iqtisadi qeyri-sabitlik dövründən sonra Azərbaycan iddialı iqtisadiyyatın diversifikasiyası proqramına başlayıb və daha sonra iqtisadi artımın davam etdiyini bildirmişdir.” O cümlədən ümumi daxili məhsul (ÜDM) 2000-ci ildə 5,3 milyard dollardan 2021-ci ildə 42,6 milyard dollara qədər artmışdır.
Beynəlxalq reytinq agentliyi Moody's Azərbaycanın kredit reytinqini Ba2 səviyyəsində təsdiqləyərək vəziyyətin "stabil"dən "müsbət"ə dəyişdiyini proqnozlaşdırıb. Bu, Azərbaycan rəhbərliyinin ölkənin kredit profilinin sabitliyini artırmaq qabiliyyətini əks etdirir. Bundan əlavə, Heritage Foundation tərəfindən tərtib edilən İqtisadi Azadlıq İndeksi 2021-ə görə, Azərbaycan 6 pillə yüksələrək, Belçika və İspaniyadan bir qədər aşağı 38-ci yerdə qərarlaşıb. Dünya Bankının "Doing Business” hesabatında Azərbaycanın mövqeyi də ildən-ilə yaxşılaşır. Ölkə 2012-ci ildə Dünya Bankının "Doing Business” reytinqində 71-ci yeri tutduğu halda, 2021-ci ildə biznesin asanlaşdırılmasına görə 190 ölkə arasında 34-cü yeri tutmuşdur.
Xəbər lenti
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”