“Əxlaqlı” molla obrazınız başınıza dəysin - DEPUTATDAN İRANA SƏRT SÖZLƏR

“Əxlaqlı” molla obrazınız başınıza dəysin - DEPUTATDAN İRANA SƏRT SÖZLƏR
"Abırdan-həyadan və dindən-imandan uzaq, hər addımında fitnə-fəsad törədən, tarixləri də özləri kimi saxta, cəfəngiyat yazılarla dolu, günahkar əməllərinə görə verdikləri bütün açıqlamaları da absurd olan, açıq-aşkar düşmən dəyirmanına su tökən molla rejimi!  Necə deyərlər sizin bu saxta dindar rolunuz, başı əmmaməli "əxlaqlı” molla obrazınız başınıza dəysin!"

Bu sözləri 7NEWS.az saytına açıqlamasında millət vəkili İlham Məmmədov deyib: "Terror yuvası olan ölkənizdə beynəlxalq hüquqla toxunulmaz hesab edilən Səfirliklərin əməkdaşlarını qoruya bilmirsiz, ancaq şou göstərən sirkdəki heyvanlar kimi Araz çayı ətrafında bir qrup əsgəriniz əzələ nümayiş etdirir.
Əgər molla rejimi səfirliyimizdə baş verən terror hadisəsinin video görüntülərini diqqətlə izləsə görəcək ki, bu çirkin əməl məhz elə onların özlərinin planlaşdırdığı terror əməliyyatıdır. Hələ bir həyasızcasına inkar edir xainlər. 
Ölkəsində insan hüquqlarını tapdalayıb, qadınları, uşaqları psixoloji olaraq məhv edən, narkotik ticarəti ilə dünyanı zəhərləyən və terrorla günahsız insanları həlak edən, bir sözlə sivil, demokratik cəmiyyətlər üçün ciddi təhdidlər yaradan rəzil molla rejimi! Sirkə nə qədər tünd olsa da öz qabını çartdadar.  Zaman hər şeyin açarıdır. Su gələn Urmiya gölünə, Təbrizə birdə gələr! "Dəmir Yumruğu”a ehtiyac yoxdur, az qalıb, elə siz özünüz öz qabınızda çartdayacaqsız!"

Xəbər lenti