Əziz anan Azərbaycan səni heç vaxt unutmayacaq! - Qənirə Paşayeva yazır

19 Avqust 2022, 15:42
19 Avqust
2022
15:42
442
Əziz anan Azərbaycan səni heç vaxt unutmayacaq!
(MM Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik.)
Avqustun 17-də dünya şöhrətli sənətkar, Azərbaycanın böyük oğlu Müslüm Maqomayevin Bakının Dənizkənarı Milli Parkında abidəsinin açılışı oldu. Həmin gün axşam isə "Yaşıl Teatr” Bakı Konsert Kompleksində sənətkarın 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Hər iki tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdi.
Bəli, məşhur opera və estrada müğənnisi, bəstəkar, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi, onun adına, şanına layiq səviyyədə qeyd olundu. Müstəqil Azərbaycan dövləti sənətkara sağlığında yüksək dəyər verdiyi kimi, o, haqq dünyasına köçdükdən sonra da ruhunu əziz tutur, irsinə sayğı duyur. Sənətkarın mənəvi ömrü onun fiziki ömrü ilə deyil, sənətinin ömrü ilə ölçülür. Xalqımız öz sənətkar oğlunu unutmur, xatirəsini əziz tutur, mahnılarını sevə-sevə dinləyir, təbliğ və tərənnüm edir. Müslüm Maqomayev özü doğma Azərbaycanı yüksək sənətkarlıqla, məhəbətlə tərənnüm edirdi. Onun "Ey əziz anam, Azərbaycan!” - nidası qulaqlardan, daha doğrusu, ruhumuzdan çəkilməyib. Eləcə də, "Əlvida, Bakı” mahnısı...
Dənizkənarı bulvardakı heykəlin açılışında dövlət başçımızın vurğuladığı kimi, "Əlvida, Bakı”, əlbəttə, o mahnıdır ki, Müslüm öz duyğularını ifa edirdi, ancaq, eyni zamanda, heç vaxt "Əlvida, Bakı” demək mümkün deyil. Çünki Müslüm bizimlədir. O, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutmayacaq”.
Müslüm Maqomayevin repertuarı hərtərəfli və olduqca geniş olub; o, populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib.
Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında "Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkib. Dinləyicilərin, tamaşaçıların dərin sevgisini qorumağı bacarmış sənətkar, Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla, o cümlədən (keçmiş) SSRİ-nin "Qırmızı Əmək Bayrağı” və "Xalqlar Dostluğu” ordenləri ilə təltif edilib.
Müslüm Maqomayevi xalqa, tamaşaçılara, sənətsevərlərə, milyonlarla pərəstişkarına sevdirən yalnız onun möhtəşəm səsi, onun sənəti idimi? Əlbəttə, səsi möcüzəviydi, sənəti mükəmməldi, lakin Müslüm Maqomayev sənətkarlığı, səsi ilə yanaşı, onlarla eynigücdə olan digər keyfiyyətləri ilə də fərqlənirdi: o, həmişə ləyaqətli insan, çox etibarlı dost kimi tanınıb, bir sözlə, gözəl insan olaraq sevilib. Onun qazandığı şöhrət, ona bəslənən sevgi, onun cazibəsi, necə deyərlər, "vəhdəti-vücud” kateqoriyasında şərh oluna bilər: Xalq artistinin sənəti və şəxsiyyəti bir-birini tamamlayırdı.
Müslüm Maqomayev ulu adaşının şan-şöhrətin çətiri altında deyil, öz istedad və zəhmətinin hesabına zirvələr fəth edib. Onun atası 1941-45-ci illər müharibəsinin son günlərində qəhrəmancasına həlak olub. O vaxtlar Müslümün heç 3 yaşı tamam olmamışdı. – Amma atasızlıq onu hədəflərindən yayındırmamışdır. Bu yerdə, yenə, Azərbaycan Prezidentinin sözlərinə müraciət edək: "Artıq gənc yaşlarında ümumittifaq şöhrəti qazananda, əlbəttə ki, atam Heydər Əliyev də onun fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi. Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı”.
Müslüm Maqomayevə və ailəsinə ümummilli liderin münasibəti bir dastandır, xüsusi hadisədir. "Heydər Əliyev və Azərbaycan mədəniyyəti” epopeyasının ən özəl bölümlərindən birini məhz Müslüm Maqomayev sənətinə, şəxsiyyətinə münasibət, diqqət-qayğı təşkil edir. Ümummilli liderin sənətə, sənətkara, onun ailəsinə, sənət xadiminin və ailəsinin də böyük dövlət və siyasət xadiminin şəxsiyyətinə, fəaliyyətinə yüksək münasibəti özlüyündə bir örnək təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Müslüm Maqomayev sənətinə, irsinə diqqət-qayğısı Heydər Əliyev irsinin davamının mükəmməl örnəklərindən biridir.
"Hər birimizin Müslüm haqqında öz xatirələri var, o cümlədən mənim də. Mən yeniyetmə yaşlarımdan Müslümü və Tamaranı tanıyıram. Onlar bizim evimizin çox əziz qonaqları idi. Bir çox gözəl xatirələrim var. Əlbəttə ki, hər il avqust ayında Müslüm və Tamaranı biz öz evimizdə qarşılayaraq, Müslümün ad gününü evimizdə qeyd edirdik.
Müslüm öz doğma Vətəninə çox bağlı olan bir insan idi. Baxmayaraq ki, öz fəaliyyətini daha çox Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrollarda keçirirdi, ancaq hər il bir neçə dəfə Bakıya gəlirdi, həm konsertlər verirdi, həm də ki, burada öz dostları ilə təmasda olurdu. O cümlədən, həm Moskvada, həm Bakıda bizim çoxlu görüşlərimiz və çox səmimi münasibətlərimiz olub”. – Bu sözlər Azərbaycan Prezidentinə məxsusdur.
"Unudulmaz və əziz Dost, nurlu xatirəni ehtiramla yad edirəm!" – bu duyğulu cümlə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi instaqram səhifəsindəki 17 avqust 2022-ci il paylaşımındandır. Dünən "Yaşıl Teatr”dakı möhtəşəm gecə də məhz Heydər Əliyev Fondunu təşkilatçılığı ilə təşkil olunmuşdu.
Müslüm Maqomayev haqqında yazan, tədqiqatat aparan, onun irsini araşdıran sənətşünaslar, onu tanıyanlar bir fikrə şərikdir: o, böyük sənətkar, böyük şəxsiyyət olub. Bəli, bir estrada ifaçısı kimi, hələ 30 yaşı tamam olmamış Azərbaycanın, bundan 1 il sonra isə keçmiş SSRİ-nin Xalq artisti adına layiq görülməsi Müslüm Maqomayevin özünəxas ifa tərzinin, onun ifasının fenomenallığının təntənəsiydi. Prezident İlham Əliyevin haqlı olaraq vurğuladığı kimi: "Nə o vaxt, nə də bu gün onun səviyyəsinə hələ ki, qalxan olmamışdır”.
Bariton səsə malik opera və estrada müğənnisi, bəstəkar, müstəqil Azərbaycanın "Şöhrət” və "İstiqlal” ordenləri ilə təltif olunmuş dünyaşöhrətli sənətkar Müslüm Maqomayevin öz doğma torpağına bağlı olmasını, bu bağlılığı öz yaradıcılığına hopdurmasını və bütün dünyada nümayiş etdirməsini xalqımız qədirşünaslıqla qarşılayır.
Ruhun şad olsun, böyük sənətkar!
Əziz anan Azərbaycan səni heç vaxt unutmayacaq.
Xəbər lenti
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
11:46Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
11:22Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
11:16Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
15:31Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
11:58Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
09:04“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
-
19:09“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
-
19:08Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
-
15:07Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
14:49Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Hacıqabulda vətəndaşları qəbul edib
-
14:08Ermənistan silahlı qüvvələrinin “Tor” ZRK-sının məhvedilmə GÖRÜNTÜLƏRİ - VİDEO
-
14:04“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
13:24“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ
-
12:28“SSRİ qanla bərpa ediləcək” iddiası - Putinin deputatını kim danışdırır?
-
18:01Yeni təhsil portalı fəaliyyətə başladı-Edutime.az
-
15:50Millət vəkili Ramil Həsən Ucarda növbəti xoşməramlı aksiyaya start verdi
-
15:01“Bilik günü” münasibəti ilə İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlara hədiyyələr təqdim olundu
-
18:58“Gətirdiyin, bəxş etdiyin demokratiya bax budur, əlahəzrət Amerika!”
-
15:01“Gənc Mülki Müdafiəçilər” düşərgəsinə yekun vurulub
-
09:30Hərbçimiz həlak oldu
-
16:58ASAN könüllülərindən növbəti səhnə işi
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023
19 Sentyabr 2023
18 Sentyabr 2023
17 Sentyabr 2023
16 Sentyabr 2023
15 Sentyabr 2023
Digər xəbərlər
-
MANŞET, MƏDƏNİYYƏT
Prezident yeni mədəniyyət naziri təyin etdi
-
MƏDƏNİYYƏT
Anar Kərimov vəzifəsindən azad edildi
-
GÜNDƏM, MƏDƏNİYYƏT
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir
-
MƏDƏNİYYƏT, SOSİAL
Tbilisidə tanınmış Azərbaycan rəssamı Aida Mahmudovanın “Cənnət Gözləyə Bilər” adlı sərgisi açılıb
-
MƏDƏNİYYƏT
Şair Yafəs Türksəs vəfat etdi
-
MƏDƏNİYYƏT
“Vətən müharibəsinin memarı” kitabı işıq üzü gördü
-
GÜNDƏM, MƏDƏNİYYƏT
Tanınmış psixoloq Xatirə Səfərova "Humay" Milli Mükafatı ilə təltif edildi - FOTOLAR
-
MƏDƏNİYYƏT
Anar Kərimov: "Mingəçevir Dövlət Dram Teatrı ilə bağlı araşdırmalar davam edir"
-
MƏDƏNİYYƏT
Əziz anan Azərbaycan səni heç vaxt unutmayacaq! - Qənirə Paşayeva yazır