“Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən biri olub.” – DEPUTAT

“Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən biri olub.” – DEPUTAT
 

"17 oktyabr bizlər üçün çox önəmli tarixlərdən biridir. Çünki həmin gün Füzuli şəhəri işğaldan azad edilib. Bu qələbə sevincini bizlərə yaşadan qəhrəman Ordumuz var olsun. Tanrı bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən biri olub. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Qələbəmizə qədər hətta ən tanınmış hərbi mütəxəssislər belə bu fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə də aylarla vaxt lazım olacaq. Amma Müzəffər Ordumuz bunu çox qısa zamanda etdi, tarix yazdı və doğma Füzulini öz əzəli sahibinə, Azərbaycana qovuşdurdu.

Bu gün Zəfər Yolumuz Füzulidən keçir. Artıq Füzulidə hava limanı var, Füzulidə "ağıllı kənd”lər tikilir, böyük infrastruktur layihələri həyata keçirilir. Məlum gedişat isə onun göstəricisidir ki, işğaldan azad olunmuş digər ərazilərimiz kimi Füzuli də dirçəlir və tezliklə dəyərli həmvətənlərimiz öz doğma yurd-yuvalarına təməlli şəkildə qayıda biləcəklər” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti