Gecikən müsabiqə, gözü yolda qalan vətəndaş cəmiyyəti – SƏBƏB NƏDİR?
22 Noyabr 2021, 09:24
22 Noyabr
2021
09:24
703
Cəsarət Hüseynzadə: "QHT Agentliyi qrant müsabiqəsi elan etmir, xarici mənbələrə çıxış mümkün deyil, QHT-lər fəaliyyətsiz durumdadır”
Fəxrəddin Həsənzadə: "QHT-lər təkcə qrantları gözləməli deyil, alternativ maliyyə mənbələri də olmalıdır”
Baş nazir Əli Əsədov "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı sərəncam imzalayıb. Dəyişikliklə qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün tələb olunan sənəd və ya məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədin və ya məlumatın təqdim edilməsi tələb olunmayacaq.
Xatırladaq ki, Maliyyə naziri Samir Şərifov QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan edilməsinin gecikməsi və problemin səbəbinin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması ilə bağlı iddialara münasibət bildirirərkən deyib ki, bu iddialar əsassızdır. Nazirin sözlərinə görə, Agentlik yeni yaradıldığına görə müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələr var: "Proses başa çatan kimi bu işlər də görüləcək. Bildiyim qədər, Agentlikdə qrantların ayrılmasına Agentliyin Müşahidə Şurası tərəfindən baxılır”.
"Həmin Şuranın tərkibi dəyişib, ləngimələr də bununla bağlıdır. Yəni problem onlarla bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərindən istifadə etsinlər”, – nazir bildirib.
Öz növbəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyi və bəzi QHT təmsilçiləri nazirin mövqeyinə kəskin etiraz ediblər.
QHT.az portalının rəhbəri və "İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə AYNA-ya açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin yeni qərarı QHT-lərin qarşısında yeni imkanlar açacaq: "Qərarda qeyd olunur ki, qrant ayıran dövlət qurumu ilə sənədlərin tələb olunduğu qurumlar arasında inteqrasiya mübadiləsi varsa, o zaman qaliblərdən əlavə sənədlər tələb olunmayacaq. Bütün bu işlər elektron qaydada həyata keçiriləcək. Bu da öz növbəsində "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci il Milli Fəaliyyət planı”nda öz əksini tapıb. Ümumilikdə götürdükdə bu müsbət haldır. QHT təmsilçiləri olaraq biz bu qərarı alqışlayırıq
Lakin məqam da var ki, həmin fəaliyyət planlarında digər məqamlar da öz əksini tapıb. Təəssüf ki, bu günə qədər onların həyata keçirilməsi reallaşmır. Bu sırada QHT-lərin dövlət qeydiyyatının sadələşdirilməsi, xarici mənbələrə çıxışa qoyulan qadağaların aradan qaldırılması öz əksini tapıb. Gözləntilərimiz ondan ibarətdir ki, fəaliyyət planında göstərilən bütün müddəalar gələn ilə qədər öz həllini tapsın. Eyni zamanda, 500-ə yaxın QHT-yə qrant layihələri ayıran QHT-lərə Dövlət Dəstəyi Şurasının Agentliyə çevrilməsindən sonra müəyyən problemlər ortaya çıxıb. Hüquqi prosedurlar başa çatmadığına görə, bu qurum da qrantların ayırmasını dayandırıb” – ekspert qeyd edir.
Onun sözlərinə görə, bu günə qədər əksər QHT-lər məhz Şuranın dəstəyi ilə fəaliyyət göstəriblər: "Onlar müxtəlif sahələr üzrə fəaliyyət göstərirdilər. Əlillik, sosial istiqamətlər, vətənpərvərlik, beynəlxalq müstəvidə, təhsil, səhiyyə, ictimai iştirakçılıq və s. istiqamətər bu sırada göstərilə bilər. Həmin QHT-lər hazırda faəaliyət göstərə bilmirlər. Buna səbəb isə maliyyə mənbələrinin olmaması ilə bağlıdır.
Yaxın dövrlərdə QHT Agentliyinin qrant layihəsi elan edəcəyi ilə bağlı da qeyri-müəyyənlik hökm sürür. Bunun üçün müvafiq meyarların təsdiq olunması vacib olsa da, bu reallaşmayıb. Hər il müvafiq qurumlar bununla bağlı qiymətləndirmə aparırlar. Hər il bizim reytinqimiz onsuz da aşağı olurdu. Bu il isə vəziyyətin daha da pisləşəcəyini ehtimal edirəm. Çünki maliyyə mənbələrinə əlçatanlıq yoxdur”.
"Xarici qrantlara gəldikdə isə, bu sahədə heç bir yenilk yoxdur. Əvvəlki illərdə olduğu kimi, qrantların qeydiyyatı ilə bağlı hüquqi prosedurlar öz həllini tapmayıb. Bu baxımdan, xaricdən qrant alınması və reallaşması çox çətindir. Halbuki buna çox ciddi şəkildə ehtiyac var. 44 günlük müharibədən sonra ölkəmizlə bağlı yeni geosiyasi vəziyyət yaranıb. İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində ciddi işlər görüləcək və bu işlərdə sosial proqramlarla çıxış edən donorların fəal iştirakı mümkündür. Onlar isə əsasən yerli QHT-lərlə əməkdaşlığa üstünlük verirlər. Yaxın gələcəkdə bunun baş verəcəyi barədə qəti söz demək mümkün olmasa da, Milli Fəaliyyət Planında bu öz əksin tapıb. Təəssüf ki, bu istiqamətdə ciddi dəyişiklikləri müşahidə etmirik” – Hüseynzadə fikrini yekunlaşdırır.
AYNA-ya danışan Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə isə fərqli düşünür. Onun qənaətincə, son illər Azərbaycanda QHT sektorunun inkişafı istiqamətində ciddi addımlar atılır: "Prezident İlham Əliyevin fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi Şurasının bazasında yeni Agentlik təsis olundu. Hazırda Agentliyin strukturları formalaşmaq üzrədir və verilən məlumatlara, apardığımız müşahidələrə rəğmən deyə bilərik ki, ciddi yeniliklər gözlənilir. Bu xüsusda Baş nazir Əlis Əsədovun son qərarı da təqdir edilməlidir. Bu qərarda elektron hökumətə keçidin sürətləndirilməsi, "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci il Milli Fəaliyyət planı”nın icrası əsas götürülüb”.
"O ki qaldı xaricdən qrantların alınması məsələsinə, bu istiqamətdə hökumətin yürütdüyü kövrək siyasəti təqdir edirəm. Nəzərə almaq lazımdır ki, bəzi beynəlxalq dairələr bu kimi məsələlərdən öz maraqlarını həyata keçirmək üçün istifadə edirlər. Nəticədə dövlətlərin çətinliklə qurduğu sabitliyə xələl gətirməyə çalışırlar. Bütün bunları nəzərə alsaq, xarici qrantlar məsələsində yürüdülən siyasətin əhəmiyyətli olduğunu dərk edərik.
Lakin bütün bunlarla yanaşı, bu gün Azərbaycanda xarici mənbələrdən qrant alan QHT-lər mövcuddur. QHT-lərlə bağlı dövlət siyasətini həyata keçirən Şura uzun müddət minlərlə QHT-nin faliyyətinə real dəstək olub” – müsahibimiz vurğulayır.
O əlavə edib ki, QHT sektorunda böhran hökm sürdüyünə dair iddiaları bölüşmür: "QHT-lər təkcə qrantları gözləməli deyil, alternativ maliyyə mənbələri də olmalıdır. Bunun üçün onlara hər hansı əngəldən söhbət gedə bilməz. Belə olarsa, həm onların fəaliyyət, həm də maliyyə müstəqilliklərinə şərait yaranar”.
Müəllif: Azər Niftiyev
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib