“Gedin deyin Putinə...” - Zelenski danışıqlardan imtinanı rəsmiləşdirdi: müharibə qızışacaq, yoxsa...
06 Oktyabr 2022, 13:43
06 Oktyabr
2022
13:43
344
Donbas regionu, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına ilhaqından sonra Ukrayna Putinlə və onun iqtidarı ilə danışıqlardan rəsmən imtina etdi. Belə ki, prezident Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını təsdiqləyib. Sənəddə qeyd olunur ki, "Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqların aparılmasının mümkünsüzlüyü konstatasiya olunur”.
Bununla paralel Ukrayna prezidentinin, Ali Radanın sədrinin və baş nazirin NATO-ya qəbul olunmaq haqqında müraciətinin mətni də təsdiqlənib. Həmçinin sənəddə "Rusiya Federasiyası tərəfindən eskalasiyaya müvafiq sanksiyalar və digər cavab tədbirləri haqqında” qanun layihələrinin qəbulunu sürətləndirmək üçün Ali Radaya tövsiyələr yer alıb.
Prezident Zelenskinin bu addımına Kremldən reaksiya verilib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Zelenskinin və ya Ukraynanın hər hansı gələcək prezidentinin mövqeyində dəyişiklik etməsini gözləyəcəyini bildirib.
Bəzi təhlilçilər bildirir ki, Zelenski Qərbin razılığı və tələbi ilə bu qərarı verib. Əgər Rusiyanın gözlədiyinin əksinə olaraq Zelenski qərarını dəyişməsə, danışıqlar masasına razı olmasa, bu, Rusiya-Ukrayna müharibəsinin daha geniş miqyas alacağı ehtimalını gücləndirir. Hətta müharibəyə digər ölkələrin qoşulacağı və ən azı regional savaşa çevrilməsi də qaçılmaz ola bilər. Geriyədönüş yoxdurmu? Hansı şərtlər daxilində tərəflər danışıqlar masasına razı ola bilər?
Elşən Musayev: "Nüvə müharibəsi başlasa, cavabdehliyi hər kəs daşımalı olacaq”
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev deyir ki, Putin atom bombasına əl atarsa, burada hər kəs məsuliyyət daşıyacaq: "Əslində Rusiya və Ukrayna arasında başlayan müharibənin genişmiqyaslı olacağı hələ lap əvvəldən ehtimal edilirdi və bunun qarşısı vaxtında alınmalı idi. Müharibənin qarşısını almaq üçün isə mütləq kənardan təsir olmalıdır, beynəlxalq təşkilatlar məsələyə müdaxilə etməlidir, tövsiyələr verməlidir, dünya liderləri ortalığa mövqe qoymalıdır. Bunların hansısa biri oldumu? Olmadı. Oldusa da dostcasına olmadı. Artıq müharibə fazasına keçən həmin münaqişənin tənzimlənməsi, dayanması üçün səmimi təşəbbüs, səmimi vasitəçilik təklifi dünya liderləri arasında yalnız və yalnız Ərdoğandan gəldi. Vəssalam. Qalanlar isə ya prosesi miqyaslandırdı, ya da susdu.
Müharibənin ilk günündə, səhv etmirəmsə, Çin liderinə Qərb jurnalistləri belə bir sual vermişdi ki, prosesə müdaxiləniz hansı səviyyədə olacaq? O isə sualı sualla cavablandırmışdı: "Siz həyatda, məişətdə hansısa dostunuz kimləsə dalaşarkən onu davadan ayırmağa, digəri ilə barışdırmağa çalışırsız, yoxsa həmin dostunuzun əlinə silahı verirsiz?” Məncə, bu cavab çox məqamları ifadə edirdi və bir sıra istiqamətlərə ciddi mesaj idi. Üstəlik, məlum müharibənin geosiyasi maraqlar fonunda artıq lokal getmədiyinə, ad Rusiya və Ukraynanın olsa da, əslində daha geniş həcmdə vüsət aldığına işarə idi.
Təbii, danışıqlar masasına oturulmadıqca proses uzanacaq. Prosesin uzanması isə ölümlərin, humanitar problemlərin artımı deməkdir. Eyni zamanda münasibətlərin kəskinləşməsi. Baxın, Putinin məlum bölgələri Rusiyaya ilhaq etməsindən dərhal sonra Zelenski Rusiya ilə danışıqların mümkünsüzlüyü haqda sənədi təsdiqlədi. Yəni Zelenskinin qərarı Putinə cavab idi. Sabah Putin başqa cavab verəcək, Zelenski başqa. Və beləcə uzanacaq. Üstəlik, nəzərə almaq lazımdır ki, bu qərarların hər biri kritik və geridönüş ehtimalı çox az olan dövlət səviyyəli qərarlardır. Gələcəkdə həmin qərarlardan peşmançılıq hissi duyulsa belə məhz qürur məsələsi imkan verməyəcək ki, əks addımlar atılsın. Beləcə proses daha da qarşısıalınmaz bir məcraya yönələcək. Yaxşı, bəs çıxış yolu nədir? Hesab edirəm, tək çıxış yolu beynəlxalq təşkilatların və dünya liderlərinin məsələyə müdaxiləsidir. Həmin müdaxilə təxirəsalınmaz şəkildə olmalıdır və nəhəng dövlətlər ortaya barışdırıcı mövqe qoymalıdır. Münaqişənin regional savaşa çevrilməməsi, daha qlobal xarakter almaması üçün bütün cəhdlər edilməlidir. Çünki sabah nüvə müharibəsi başlasa, cavabdehliyi artıq hər kəs daşımalı olacaq".
Kamran Məmmədli: "Zelenskinin dialoqa getməsi Ukrayna xalqı tərəfindən birmənalı qarşılanmaz”
AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Kamran Məmmədli Zelenskinin savaşı dayandırmaq imkanlarına sahib olmamasından söz açdı: "Rusiya işğal etdiyi ərazilərdə referendum keçirərək oranı öz tərkibinə birləşdirdikdən sonra geriyə dönüş indiki vəziyyətdə mümkünsüz görünür. Çünki danışıqlar masasında nəticənin əldə olunması üçün gərək hər iki tərəf geriyə addım atmağa və müəyyən güzəştlər etməyə hazır olsun ki, bu da indiki məqamda real görünmür. Fikrimcə, Rusiyanın son həftələrdə referendum keçirməsi və daha sonra Zelenskiyə dialoq təklifi ona işarədir ki, Putin işğal etdiyi əraziləri geri qaytarmaq niyyətində deyil. Çünki bunun əksi olsa idi, Putinin dialoqa çağırışı referendumdan sonra yox, öncə olmalı idi ki, dialoqda müzakirə etməyə və müəyyən güzəştlərə yer qalsın. Eyni zamanda Ukraynanın son uğurlu hərbi əməliyyatları və hər gün işğaldan azad olunan yeni ərazilərin elan edilməsi ərəfəsində Zelenskinin dialoqa getməsi Ukrayna xalqı tərəfindən birmənalı qarşılanmaz. Zelenski hazırda ABŞ-ın tam istəyinə uyğun olaraq bu müharibənin uzanmasına çalışır .
Oktyabrın 1-də ABŞ-ın Ukrayna üçün lend-liz qanunun qüvvəyə minməsi və daha sonra Baydenin Ukraynaya öz torpaqlarını geri qaytarmaq üçün hər cür dəstək verəcəyik bəyanatı bu müharibənin hələ başlanğıcda olmasına və illərlə davam edəcəyinə işarədir.
Düşünürəm ki, indiki məqamda müharibə bir müddətlik Ukraynanın cüzi üstünlüyü ilə davam edəcək.
Məsələnin yeganə sülh yolu və dialoq prosesinə qayıtması o halda ola bilər ki, Rusiya 24 fevraldan bu yana qədər işğal etdiyi bütün ərazilərdən geri çəkilsin və yaxud iki ölkədən hər hansı birində hakimiyyət dəyişikliyi olsun. Əks təqdirdə, bu müharibə hələ çox davam edəcək və dünyanı daha böyük fəlakətlərlə üz-üzə qoyacaq".
Kənan Rövşənoğlu: "Döyüşlər daha da şiddətlənəcək”
Tanınmış siyasi yazar Kənan Rövşənoğlu indiki şərtlərdə Kiyevin heç bir halda sülhə getməyəcəyini düşünür: "Əlbəttə, Ukrayna müharibəni dayandıra bilməz. Çünki torpaqları işğal altındadır, müharibəni dayandırması işğalla barışması mənasına gələcək. Çünki Rusiya istəyər ki, müharibə dayansın və qarşıdakı uzun illər boyu mənasız danışıqlar prosesi davam etsin. Amma Ukrayna üçün bu ən pis variantlardan biridir. Çünki hazırda Qərb Rusiyanı zəiflətmək üçün Ukraynaya hər cür yardım edir, müharibə dayanarsa, daha sonra bu yardımın davam etməsi şübhə altındadır. Buna görə də Ukraynanın dayanması üçün heç bir əsas yoxdur. Digər tərəfdən, taktiki olaraq indi Ukrayna ordusu cəbhədə təşəbbüsü ələ keçirib, hücumdadır. Amma yaxın bir-iki aydan sonra bu vəziyyət dəyişə bilər. Rusiyadan yeni qüvvələrin gəlməsi Ukrayna ordusunun çətinliyini artıracaq. Bu səbəbdən də indi dayanmaq yox, daha çox irəliləmək lazımdır. Mən əvvəldən bu fikirdəyəm ki, müharibənin bitməsi üçün indiki şərtlərdə tərəflərin birinin ağır zərbə alıb, ən azından ciddi bir döyüşdə məğlub olması lazımdır. Bu olmayana qədər heç kim dayanmayacaq. Rusiya, yəni Putin, əlbəttə, müharibənin dayanmasını istəyir, amma işğal etdiyi əraziləri qaytarmaq istəmir, Ukrayna isə yarımçıq atəşkəs istəmir, işğalla barışa bilməz. Bu mənada düşünürəm ki, noyabr və ya sonrakı aylarda döyüşlər daha da şiddətlənəcək. Çünki həm torpaq donacaq, hərbi texnikanın hərəkəti üçün əlverişli olacaq, həm də yeni qüvvələr gətiriləcək, Ukrayna yeni silahlar və güc əldə edəcək. O zaman müharibənin taleyini müəyyən edəcək həlledici qarşılaşma baş verə bilər. Düşünürəm ki, Ukrayna ordusu hücumu davam etdirib Rusiya qüvvələrini fevraldan sonra ələ keçirdiyi ərazilərdən qova bilsə, o zaman ruslar sülhə razılaşacaqlar. Əks təqdirdə, sürünən müharibə davam edəcək və tərəflər böyük toqquşmadan yayınıb mövqe döyüşləri ilə kifayətlənmək və yorucu müharibə davam edəcək”.
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR