Gənc Mühasiblər tərəfindən ilk dəfə “Mühasiblərin Karyera Forumu” keçirilib - FOTO

Gənc Mühasiblər tərəfindən ilk dəfə “Mühasiblərin Karyera Forumu” keçirilib - FOTO
15 iyul 2022-ci il tarixində Gənc Mühasiblər İctimai Birliyi tərəfindən ölkədə ilk dəfə "Mühasiblərin Karyera Forumu” keçirilmişdir.

İlk dəfə keçirilən "Mühasiblərin Karyera Forumu” Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılış etmişdir. Daha sonra forumun ilk paneli Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyevanın moderatorluğu ilə başlamışıdr. Birinci paneldə Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlarla iş departamentinin müdiri Səbuhi Qənbərzadə, Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva, bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionunda Sosial Sərmayələr üzrə rəhbəri Xalid Rəcəbov, Dövlət Vergi Xidməti vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Rəşad Əhmədov, Maliyyə Nazirliyinin baş məsləhətçisi Arif Şıxəliyev öz çıxışları ilə forum iştirakçılarının marağını cəlb etmişdir. 

İkinci panel Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babeyvin moderatorluğu ilə başlamışdır. Mühasiblərin təhsili ilə bağlı bir sıra məsələlərin müzakirəsində DİM strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn, vergi mütəxəssisi Anar Bayramov, BMU iqtisadiyyat və idarəetmə fakültəsi, dekan müavini Elsəvər İbadov, UNEC  Maliyyə və mühasibat fakültəsinin dekanı i.e.n., dos.  Hafis Hacıyev  , Azərbaycan Dövlət Aqrar Universiteti, Mühasibat Uçotu və Audit kafedrasının baş müəllimi İsa Şəfiyev vacib məqamlara toxunaraq çıxış etmişdirlər.Panelin sonunda mühasib peşəsini uğurla icra etmiş İkinci Qarabağ Müharibəsi zamanı şəhid olmuş Mürsəl Kazımlı haqda videoçarx nümayiş olunmuş, valideynlərinə fəxri fərman təqdim edilmişdir.

Forumun üçüncü və rəsmi hissənin son panelində isə mühasiblərin karyera və iş imkanları, mövcud çətinliklər və həll yolları müzakirə edilmişdir. Bu paneldə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Aztelekomun maliyyə direktoru Kəmaləddin Quliyev, Dövlət Məşğulluq Agentliyinin əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov, Azərbaycan HR İnstitutu təsisçisi və direktoru Emil Hüseynov, AZEL-İŞ LTD-nin direktoru Azər Göyüşov çıxış etmişdirlər.  Rəsmi hissənin sonunda isə kursları bitirən iştirakçılara sertifikatları təqdim olundu.
 

Rəsmi hissə bitdikdən sonra Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə mühasiblər üçün əmək yarmarkası təşkil edildi. Əmək yarmarkasına bir çox şirkət öz stendlərini yerləşdirərək işaxtaran mühasiblərin müraciətlərini qəbul etdi.

Forum zamanı mühasiblərin işə qəbul və iş zamanı qarşılaşdıqları problemlər, iş fəaliyyətində onlara kömək olacaq məqamlara toxunulmuşdur. Həmçinin, gənc mühasiblərin gələcək karyeralarında faydalana biləcəyi məlumatlar da bölüşülmüşdür. İştirak edən mühasiblər öz suallarını ünvanlayaraq onlara iş həyatında çətin gələn məqamların cavabını tapmışdırlar. Forumda dövlət qurumları, özəl sektorun nümayəndələri, şirkətlər, maliyyə - mühasibatlıq sahəsində ekspertlər, İR üzrə mütəxəssislər, universitet nümayəndələri və layihə çərçivəsində nəzərdə tutulan təlimləri bitirmiş tələbələr iştirak etmişdir. Forumda 100-ə yaxın gəncin işə qəbulu üçün şirkətlər əmək yarmarkasına dəvət olunmuşdur. 

Həmçinin Gənc Mühasiblər İctimai Birliyinin əməkdaşlıq etdiyi Dövlət İmtahan Mərkəzinin ekspert və əməkdaşlarına da Mühasiblərin Karyera Forumuna göstərdiyi dəstək üçün təşəkkür edilmişdir.

Qeyd edək ki, bu Forum bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində aztəminatlı, şəhid ailəsindən olan gənclər və qazilər, müharibədə zərər çəkmiş region gənclərindən ibarət kurs keçmiş mühasiblərin, Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihə çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə qayıdacaq təlimçi kimi yetişdirilən gənc mühasiblərin, Dövlət  Məşğulluq Agentliyinin "əməliyyatçı-mühasib” peşə hazırlığı kursu çərçivəsində mühasibatlıq üzrə kurs bitirmiş tələbələrin iştirakı ilə təşkil edilmişdir. Bu layihələr çərçivəsində aztəminatlı, şəhid ailəsindən  olan gənclər və qazilər, yeni məzun olmuş və işsiz vətəndaşlara, xüsusilə də gənclərə maliyyə, mühasibatlıq kursları keçirilməsi, onların kadr kimi yetişdirilməsi, daha sonra onların işlə təmin olunmasına dəstək göstərilməsi nəzərdə tutulmuşdur. Həmçinin, ölkənin təcrübəli kadr ehtiyatının artırılmasına dəstək olmaq məqsədilə bu sahədə təhsil alan və fəaliyyət göstərən gənc mühasiblərin bir araya toplanıb elmi və şəxsi inkişafı ilə əlaqədar bu Təcrübə Mərkəzində təcrübə qazanaraq, müxtəlif təlimlərə qoşularaq nəzəri və praktiki biliklərini gücləndirməkdir. 









 
Shusahpost.Az

Xəbər lenti