Gəncədə test nəticələri neqativ çıxan şəxslər karantinə alınır? (AÇIQLAMA/VİDEO)

Gəncədə test nəticələri neqativ çıxan şəxslər karantinə alınır? (AÇIQLAMA/VİDEO)
Gəncədə test nəticələri neqativ çıxan şəxslərin karantinə alındığına dair məlumatlar yayılıb.

Shushapost.Az Oxu.Az-a istinadən xəbər verir ki, məlumatlarla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

İddia edilir ki, video Gəncədə çəkilib. Vətəndaşlar tibb müəssisələrinin baş həkimlərindən narazı olduqlarını, test nəticələri neqativ çıxdığı halda karantinə alındıqlarını qeyd ediblər.

Məsələ ilə bağlı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a açıqlama verib.

O bildirib ki, sözügedən görüntülərdən xəbərdardırlar:

"Görüntülərdəki şəxslərin test nəticələri pozitiv çıxıb. Qətiyyən ola bilməz ki, test cavabları neqativ çıxan şəxslər karantinə götürülsün.

Xanım orada sms məsələsini vurğulayıb. Ona da aydınlıq gətirim ki, bəzən bir ailədən bir neçə nəfər xəstəxanaya eyni əlaqə nömrəsi verir. Ola bilər ki, o nömrəyə neqativ olduğuna dair cavab gələr, amma bu cavab o xanımın analiz nəticələrinə aid deyil”.

"Görüntülər Goranboy Mərkəzi Rayon Xəstəxanasında lentə alınıb. Xanımlar isə Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının işçiləridir”, - deyə R.Əliyeva qeyd edib.

Xəbər lenti