Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16 Oktyabr 2019, 14:43
16 Oktyabr
2019
14:43
1757
7NEWS.az məlumatına görə, iclasla bağlı jurnalistlərə açıqlama verən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, Müşahidə Şurasının iclası çərçivəsində əsasən Gənclər Fondunun 2019-cu il ərzində fəaliyyəti müzakirə olunub: "2019-cu il Gənclər Fondu üçün kifayət qədər məhsuldar olub. Bu il Fond tərəfindən Nizamnamə ilə qarşıya qoyulan bir sıra məqsədlər və proqramlar həyata keçirilib. Bu proqramlar sırasında xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı müsabiqə, sosial müdafiəyə ehtiyacı olan gənclərin, tələbələrin təhsil haqqı xərclərinin qarşılanması üzrə müsahibəsinin nəticələri, beynəlxalq təşkilatlarda təcrübə keçmə, beynəlxalq tədbirlərdə iştirakla bağlı gənclərin dəstəklənməsi, gənclər təşkilatları üçün 12-ci qrant müsabiqəsinin nəticələri və hazırkı vəziyyəti, eyni zamanda Gənclər Fondu tərəfindən bu il həyata keçirilən xüsusi layihələr, yəni YayFest gənclərin yay düşərgəsi ilə bağlı təqdimat edilib, gənclər üçün xüsusi mobil tətbiq olan Gəncup-la bağlı arayış təqdim olunub. Bunlarla yanaşı, bugünkü iclas çərçivəsində Gənclər Fondunun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin həm regionlarda, həm də Bakıda yerləşən bölmələrinin fəaliyyəti müzakirə olunub".
F. Cəfərov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə bütün şəhər və regionlarda yerləşən Heydər Əliyev mərkəzlərinin nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzinin açılmasına qərar verilib: "Bu sərəncamdan irəli gələn məsələlər də Müşahidə Şurasında müzakirə edilib".
Fərid Cəfərov bildirib ki, Gənclər Fondunun Müşahidə Şurası tərəfindən C kateqoriyası üzrə, yəni fərdi layihələr üzrə qrant müsabiqəsinin nəticəsi təsdiq edilib. Bu nəticələr 17 oktyabr tarixində Gənclər Fondu tərəfindən rəsmi olaraq dərc olunacaq.
Qeyd edək ki, iclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, həmçinin Müşahidə Şurasının üzvləri - Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.
Xəbər lenti
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub