Gənclər təşkilatlarının pr menecerləri üçün növbəti təlim keçilib

Gənclər təşkilatlarının pr menecerləri üçün növbəti təlim keçilib
Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində gənclər təşkilatları üçün növbəti təlim təşkil edilib.

Əməkdar artist, teleaparıcı Nərgiz Cəlilovanın iştirakı ilə keçilən təlim zamanı gənclər təşkilatlarının PR menecerləri ilə birlikdə uğurlu nitq normaları, informasiyanın düzgün çatıdırılması yolları, natiqlik kimi mövzular ətrafında interaktiv müzakirələr aparılıb, həmçinin praktiki məşqlər həyata keçirilib. İştirakçıların ünvanladığı sualların cavablandırılması ilə görüş yekunlaşıb.
 

Xəbər lenti