“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq”: “ÇEK” üzvləri Horadizdə qadınlarla görüşdü – FOTOLAR
"Çevik Ekspertlər Qrupu”nun üzvləri "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Füzuli rayonu Horadiz qəsəbəsində qadınlarla görüşüb.
Görüşdə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvü, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın rəhbəri Günel Səfərova qadınlara qarşı həyata keçirilən zorakılığın formaları barədə məlumat verib.
O, qeyd edib ki, qadınlar zorakılığın müxtəlif formalarından özlərini qorumaq üçün öncə öz hüquqlarını bilməlidirlər:
"Qızların təhsildən yayınması hallarının qarşısı alınmalıdır. Erkən nigahlara qarşı mübarizədə qadınlar ilk sıralarda yer almalıdırlar. Biz Elm və Təhsil Nazirliyi yanında ictimai şura olaraq bu məsələlərdə daim vətəndaşlarımızın yanındayıq. Övladlarımızın mükəmməl təhsil əldə etməsi üçün əlimizdən gələn bütün imkanları səfərbər etməyə hazırıq.
İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli isə vurğulayıb ki, qızlar öz hüquqlarını müdafiə edə bilməlidirlər:
"Biz çalışmalıyıq ki, qızlarımız, qadınlarımız təhsilli, istiqadi cəhətdən azad olsunlar ki, öz hüquqlarını müdafiə edə bilsinlər. Nə mənəvi, nə istisadi, nə də məişət zorakılığına məruz qalsınlar. Qadın ölümləri ilə bağlı xəbərlər bizləri izləməsin”.
QHT sədri onu da qeyd edib ki, qadınlarımız və qızlarımızın müdafiəsi yalnız 16 gün deyil, bütün il boyu həyata keçirilir.
ÇEK barəsində açıqlama verən koalisiyanın üzvü, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə xanım Ağazadə qeyd edib ki, koalisiyada təmsil olunan beş təşkilatın hər biri qadınlarımızın yanındadır:
"Biz sizlərin səsi olmağa gəmişik. Biz istəyirik ki, bizim ölkədə qadınlar heç vaxt zorakılığın qurbanına çevrilməsin. Biz istəmirik ki, qadınlarımız, qızlarımız sığınacaqlara üz tutsunlar. Biz istəmirik ki, övladlar anasız böyüsün. Biz istəyirik ki, hər bir qadının isti yuvası, xoşbəxt həyatı olsun”.
Tədbirdə qonaq qismində qatılan "Ağaoğlu” araşdırmalar birliyinin rəhbəri Sara Əliyeva da səslənən fikirləri bölüşdüyünü və Azərbaycanın ilk türk qadın vəkili olan Azərbaycan tarixinin nurlu simalarından olan Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlunun qadınlar barəsində olan arzularını səsləndirib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin müavini Gülbahar Eyvazova qonaqlara göstərdikləri təşəbbüslə bağlı öz təşəkkürünü bildirib və İcra Hakimiyyəti olaraq ÇEK-lə əməkdaşlığa həmişə açıq olduqlarını vurğulayıb. Sonra ekspertlər tərəfindən görüş iştirakçılarının sualları cavablandırılıb və təklifləri müzakirə olunub.
Xatırladaq ki, "ÇEK”də beş ictimai birlik – "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi, "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, "Azərbaycan Uşaqları” İctimai Birliyi, "Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi və "İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi təmsil olunur.
Xəbər lenti
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib