“Gültəkinə məsləhətim budur, soyadını öz idealının şərəfinə Paşinyanbəyli eləsin” - DEPUTAT

“Gültəkinə məsləhətim budur, soyadını öz idealının şərəfinə Paşinyanbəyli eləsin” - DEPUTAT
"Radikal müxalifət cəbhəsində qərarlaşanlar nə yeyir, nə içir, bax bircə onu anlamıram. Çünki hamısının başı pozulub. AXCP sədrinin müavini deyir ki, Səlahəddin Demirtaş "Türkiyənin kilid siyasətçisidir”. Gültəkin isə həmin estafeti davam etdirərək o tərəfdən qayıdır ki, "Paşinyan bölgədəki demokratiyanın qalasıdır.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Paşinyan sənin üçün demokratiya qalasıdırsa, nə durmusan, get o qalanın bir kərpici də sən ol da. Ta utanmaqdan keçib. Kimi gözləyirsən?

Vicdan-filan qalmayıb bunlarda. Yarım qram dövlətçilik ruhuna sahib deyillər artıq. Özlərini tamamən "axırıncı yola” qoyublar. Ona görə də artıq şizofren açıqlamalar verirlər, ona görə "verbovka” təxəllüsü ilə tanınan Sevinc Osmanqızının canlı efirlərindən çıxmırlar, ona görə PKK-nın, Paşinyanın kölgəsinə sığınırlar!

Əgər Paşinyan Gültəkin Hacıbəyli üçün eynən özünün söylədiyi kimi demokratiya qalasıdırsa, o zaman təklif edirəm ki, gedib elə Ermənistan vətəndaşı olsun, soyadını da idealının şərəfinə Paşinyanbəyli eləsin. Zatən  eyni düşüncədə, eyni ruhda, eyni məfkurədədirlər.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti