“Hamının fikri, hamının ürəyi Türkiyənin yanındadır” - DEPUTAT

“Hamının fikri, hamının ürəyi Türkiyənin yanındadır” - DEPUTAT
"Türkiyənin başının dərddə olduğu, təbii fəlakətlə, faciə ilə üzləşdiyi bir məqamda Azərbaycan əsl qardaşlıq nümunəsi sərgiləyir. Bütün qəlbimizlə, ruhumuzla, resurs və imkanlarımızla Türkiyənin yanındayıq. Həm də ilk dəqiqələrdən, ilk saatlardan etibarən!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Dövlətimiz də, özəl sektor da, sadə vətəndaşlar da Türkiyəyə, orada köməyə ehtiyacı olan insanlara əllərindən gələn dəstəyi verirlər. Xilasedicilərimiz Kahramanmaraşın, digər zəlzələ bölgələrinin ən riskli yerlərində çalışırlar, həyat xilas edirlər.

Çox hörmətli Rəcəb Tayyib Ərdoğan da öz açıqlamasında cənab Prezident İlham Əliyevə, 1-ci Vitse Prezident Mehriban xanım Əliyevaya və bütün Azərbaycan xalqına öz təşəkkürünü bildirdi.

Həqiqətən də bu gün ölkəmizdə hamının fikri, hamının ürəyi Türkiyənin yanındadır. Tanrı onların yardımçısı olsun. Tanrı Türkü qorusun.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti