“Hamısı eyni bezin qırağıdır” – Deputatdan radikal müxalifətə sillə kimi sözlər!

“Hamısı eyni bezin qırağıdır” – Deputatdan radikal müxalifətə sillə kimi sözlər!
 

"AXCP sədrinin Meydan TV-yə müsahibəsi rəzilliyin də, ağılsızlığın da, siyasi savadsızlığın da, riyakarlığın da kuliminasiyasıdır. Adam hakimiyyəti ittiham edir, amma ortalığa əks arqument qoya bilmir. Yəni, ancaq ittiham edir. Vəssalam. Hə, bir də deyinir. Dilinin altında.” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Əli Kərimli geosiyasi vəziyyəti öz təşkilatını gördüyü kimi görür. Diplomatiya və hüquq məsələlərinə də öz bəsit ağlınca qiymət verir. Və anlamır ki, dövlət idarə etmək Tofiq kimi, Seymur kimi, Fuad kimi qaraguruhçuları idarə etmək deyil. Dövlət idarə etmək məsuliyyət məsələsidir, cavabdehlikdir, milyonlarla insanın taleyini gözə almaqdır, xalqın sabahını düşünməkdir.  

Cəmil Həsənlini özünə lider, Tofiq Yaqublunu qalxan, Seymur Həzini mirzə, Fuad Qəhrəmanlını əsas ideoloq seçənin axırı bu olmalıdı idi zatən. Hamısı bir-birinə bənzəyir. Hamısı eyni bezin qırağıdır. Hamısının beyni eyni cür çalışır. Hamısının ruhunda xəbislik, kasadlıq və xainlik var” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti