Həftənin 5-ci günündə psixoloqlarla görüşlər və hoteldaxili əyləncə saatı təşkil olunub

Həftənin 5-ci günündə psixoloqlarla görüşlər və hoteldaxili əyləncə saatı təşkil olunub


Ardınca isə Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədovla və Milli Məclisin deputatları Fatma Yıldırım, Tamam Cəfərova, Jalə Əhmədova və Ceyhun Məmmədovla uşaqların görüşü baş tutub. Rəsmilər iştirakçılarla xatirələrini və təcrübələrini  bölüşüb, onların çoxsaylı suallarını cavablandırıblar.


Həmçinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən hakaton təşkil olunub.

Bağlanış mərasimində "YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov uşaqlarla görüşüb, onlara sertifikatlarını və müxtəlif hədiyyələrini təqdim edib.

Estrada müğənnisi Sevda Yahyayevanın iştirakı ilə baş tutan konsert proqramında uşaqlar mahnıları ifa edib, birlikdə rəqs ediblər.

Bununla da düşərgənin altıncı həftəsinə yekun vurulub.

Tərəfdaşlar: "PMD Hospitality’’ şirkəti,  "Shamakhi Palace Sharadil” Hoteli;

Baş sponsor: Bakcell;

Sponsorlar: "Nar", "PAŞA Bank” ASC, "BRAVO” supermarketlər şəbəkəsi;

Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio
 
 







Xəbər lenti