Hikmət Hacıyev Minsk qrupunda iştirak edən dövlətlərə səsləndi (VİDEO)

02 Sentyabr 2018, 13:59
02 Sentyabr
2018
13:59
2089
"Minsk Qrupunun həmsədrləri ilə birlikdə Minsk Qrupunda iştirak edən bütün dövlətlər fəal olaraq BMT TŞ-nın qətnamələrinin həyata keçirilməsinə dəstək olmalıdırlar”.
ShushaPost.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev TRT World kanalına müsahibəsində deyib.
Apaırıcının Azərbaycanın Rusiya və Almaniya ilə əlaqələri və regiona artan maraqlar haqqında sualını cavablandıran Hikmət Hacıyev bildirib ki, Azərbaycan öz xarici siyasətində bütün tərəfdaş və dost dövlətlərlə bərabər hüquqlu və normal əlaqələrin qurulmasının tərəfdarıdır. Bu xüsusda o, Rusiyanın Azərbaycanın qonşu dövləti olduğunu və iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin hökm sürdüyünü deyib. XİN sözçüsü iki ölkənin birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışdığını vurğulayıb. Digər tərəfdən o, Azərbaycanın Avropa İttifaqından olan tərəfdaşlarla yaxından əməkdaşlıq etdiyini qeyd edərək Avropa İttifaqı, Aİ-nin üzv dövlətləri, o cümlədən Almaniya ilə əməkdaşlıq üzrə Azərbaycanın geniş gündəliyinin olduğunu nəzərə çatdırıb.
Münaqişənin həlli və vasitəçilik missiyaları haqqında sualı cavablandıran Hikmət Hacıyev Cənubi Qafqaz regionunun Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən davam edən işğalından əziyyət çəkdiyini və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunun regional sülh və təhlükəsizliyi ciddi təhdid etdiyini vurğulayıb. Münaqişənin həlli üzrə yol xəritəsinin hər kəsə aydın olduğunu və bunun beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslandığını deyən XİN rəsmisi bütün həmsədr ölkələrin BMT TŞ-nın qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün səylərini artırmasının vacibliyini diqqətə çəkib. Münaqişənin həllində Almaniyanın roluna gəldikdə isə o, Almaniyanın Minsk Qrupunun üzv ölkələrindən biri olduğunu bildirib. O deyib: "Azərbaycanın gözləntisi ondan ibarətdir ki, Minsk Qrupunun həmsədrləri ilə birlikdə Minsk Qrupunda iştirak edən bütün dövlətlər fəal olaraq BMT TŞ-nın qətnamələrinin həyata keçirilməsinə dəstək olmalıdırlar”. BMT TŞ-nın qətnamələrinin mahiyyətinə toxunan Hikmət Hacıyev xatırladıb ki, bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.
Yekunda XİN rəsmisi Azərbaycan xalqının 25 ildən artıq bir dövr ərzində bu münaqişədən əziyyət çəkdiyini və Azərbaycanın münaqişənin substantiv və intensiv danışıqlar yolu ilə həllini dəstəklədiyini qeyd edib.
Xəbər lenti
-
17:51Bu tarix xalqımızın yaddaşından silinməyəcək
-
15:56Khan Academy ilə praktik məşğələ və dərslər davam edir
-
15:37"Kiomərsin Ermənistanın sərhəddinin dəyişməsinə imkan verməyəcəklərindən dəm vurması..." - DEPUTAT
-
12:44Nazir İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib
-
15:25İlham Əliyev Zaur Mikayılova yüksək vəzifə verdi
-
15:04Azərbaycanlı tədqiqatçı Pekində beynəlxalq konfransda iştirak edir
-
11:19Azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırıma məruz qoyulması faktları əsasında cinayət işi başlanıb
-
09:52“MEDİAlab” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün infosessiya keçirilib
-
17:25XII Çağırış Kuboku: Final mərhələsi keçirildi - FOTOLAR
-
16:56“Ağıllı Qarabağı tanıyaq” layihəsinin icrasına başlanılıb
-
15:41“Biz olmalı olduğumuz yerlərdəyik” MÜSAHİBƏ
-
14:22Prezident Laçına xüsusi nümayəndə təyin etdi
-
11:38Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür
-
11:31“Radikal müxalifət bütün müqəddəs dəyərlərə qarşı gedir” - PARTİYA SƏDRİ
-
17:04"İnci" sirketler qrupu ve "KHURSIDE" restoranı Şəhid ailələri və Qazilər üçün iftar süfrəsi açdı
-
15:51"Bu faktor İrandakı rejimin nə qədər dinsiz olduğunun növbəti təsdiqidir" - DEPUTAT
-
11:23PA Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib
-
11:11Bağanis-Ayrım hadisəsinə görə 18 erməni beynəlxalq axtarışdadır
-
12:14"Goranboy Meliorasiyya su təsərufatı idarəsinin “rəisi” İlqar Məhərrəmov əhaliyə zülm edir" - ŞİKAYƏT
-
12:06Deputatın təşəbbüsü ilə başlayan “Novruz” yardım aksiyası davam edir
-
17:30Deputatın təşəbbüsü ilə həyata keçirilən “Novruz” yardım aksiyası bayram günlərində də davam edəcək.
-
00:20Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb
-
12:01“Siz radikalların çörəyi anti-milli fəaliyyətdən çıxır!” - Deputatdan Gültəkin Hacıbəyliyə sərt sözlər...
-
11:53“Cənab Prezidentin Ankaradakı çıxışında bütün dünyaya gərəkli mesajlar verildi.” – Elşən Musayev
-
11:14Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb
-
01:08Deputat Ramil Həsənin təşəbbüsü ilə yüzlərlə ailəni əhatə edən “Novruz” yardım aksiyası davam etməkdədir
-
23:09PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub
-
18:09Bu faktor ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb - TƏHLİL
-
17:21AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN TÜRKİYƏDƏKİ FƏALİYYƏTİNİN YEKUNLAŞMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB
-
16:43Avropa Parlamentinin qətnaməsi beynəlxalq hüquqa hörmətsizlikdir
-
16:34Avropa Parlamentinin qərəzli sənədi onun nüfuzuna ciddi kölgə salır
-
12:32Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır
-
12:29“Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı” adlı tədbir keçirilib
-
10:08Deputatın təşəbbüsü ilə Ucarda daha bir yol gediş-gəliş üçün rahat vəziyyətə gətirildi
-
17:30"Almaniya Azərbaycanla strateji əməkdaşlıqda maraqlıdır" - DEPUTAT AÇIQLADI
-
15:02İki nəfər Yusifcanlı kəndi ərazisində minaya düşərək həlak oldular, istintaq başladı
-
13:48"Təkcə torpaqlarımızı "mina plantasiyası"na çevirən hay nasistləri deyil, havadarları da məsuliyyət daşıyırlar" - DEPUTAT
-
12:42“AzerGold” QSC-nin 2022-ci ildə vergi ödənişləri artıb
-
12:40“Azərlotereya”nın şəhid övladları ilə “Novruz” görüşü – FOTO
-
10:58Çavuşoğlu: Can Azərbaycan TDT-nin Fövqəladə toplantısının keçirilməsini təklif edib
30 Mart 2023
29 Mart 2023
28 Mart 2023
27 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
19 Mart 2023
18 Mart 2023
17 Mart 2023
16 Mart 2023
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Bu tarix xalqımızın yaddaşından silinməyəcək
-
GÜNDƏM, SİYASƏT
“Radikal müxalifət bütün müqəddəs dəyərlərə qarşı gedir” - PARTİYA SƏDRİ
-
GÜNDƏM, SİYASƏT
"Bu faktor İrandakı rejimin nə qədər dinsiz olduğunun növbəti təsdiqidir" - DEPUTAT
-
GÜNDƏM, SİYASƏT
“Siz radikalların çörəyi anti-milli fəaliyyətdən çıxır!” - Deputatdan Gültəkin Hacıbəyliyə sərt sözlər...
-
GÜNDƏM, SİYASƏT
Bu faktor ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb - TƏHLİL
-
GÜNDƏM, SİYASƏT
“Ərdoğan çox böyük siyasi liderdir” - DEPUTAT
-
GÜNDƏM, SİYASƏT
"Onlar ya reinteqrasiya təklifini qəbul edəcək ya da torpaqlarımızdan rədd olub gedəcəklər" - Səbuhi Abbasov
-
GÜNDƏM, SİYASƏT
"Paşinyan bunun anonsunu verirsə..." - DEPUTAT
-
GÜNDƏM, SİYASƏT
Qlobal Bakı Forumu ölkəmizin dünya siyasətindəki gücünün ən mühüm göstəricisidir