Hindistanda helikopter qəzaya uğrayıb: 6 ÖLÜ

Hindistanda helikopter qəzaya uğrayıb: 6 ÖLÜ
7NEWS.az xəbər verir ki, Hindistanın Uttarxand ştatında Private Aryan Flight Company şirkətinə məxsus helikopter qəzaya uğrayıb. Hind-Tibet Sərhəd Polisinin (ITBP) verdiyi açıqlamada Kedarnath bölgəsindən yola düşən helikopterin hindistanlı zəvvarları daşıdığı və Garud Çatti yaxınlığında qəzaya uğradığı bildirilib. İTBP, 2-si pilot olmaqla 6 nəfərin həyatını itirdiyi qəzada xilasetmə əməliyyatlarının və şəxsiyyətin müəyyən edilməsi işlərinin davam etdiyini açıqlayıb. Uttarakhand əyalətinin baş naziri Pushkar Singh Dhami qəzadan sonra verdiyi açıqlamada, "Əyalət Fəlakətlərə Müdaxilə Gücü və rayon rəhbərliyinə bağlı qruplar yardım və xilasetmə işləri üçün hadisə yerindədir" deyib.

7NEWS.az

Xəbər lenti