Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib - FOTOLAR

16 Sentyabr 2021, 20:26
16 Sentyabr
2021
20:26
814
7NEWS.az xəbər verir ki, sentyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk onlayn iclası keçirilib.
İclası Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli açaraq əvvəlcə Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyalarında komitədə görülən işlər barədə məlumat verib.
Əli Hüseynli bildirib ki, hesabat dövründə komitənin 39 iclası keçirilib, 128 məsələyə baxılıb. Komitədə sessiya dövründə 55 qanuna əlavə və dəyişikliklər edilib və 1 qərar layihəsi müzakirə olunub. Bu qərar layihəsi İntizam komissiyasının əsasnaməsidir. Bildirilib ki, hesabat müddətində komitənin ünvanına daxil olmuş 246 məktub, təklif, ərizə və şikayətin 99-u araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Sessiya ərzində komitə sədri və üzvləri təmsil olduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları ilə onlayn qaydada görüşlər keçirib, bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə müzakirələr aparıblar, müharibədən sonrakı dövrdə ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırıblar.
İclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub. Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirib ki, iş planına 2022-ci ilin Milli Fəaliyyət Planından irəli gələn qanun layihələri, həmçinin QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara əlavə və dəyişiklik edilməsi haqqında bir sıra qanun layihələrinin müzakirəsi, "Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi və digər məsələlər daxil edilib.
Məlumat verilib ki, qarşıdakı sessiyada Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri layihələrin, dövlət büdcəsi zərfinə daxil olan sənədlərin, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.
Məsələ ilə bağlı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Erkin Qədirli və Tahir Kərimli yaz və növbədənkənar sessiyaların yekunları və payız sessiyasının işlər planı barədə öz fikirlərini bildiriblər.
Sonra iclasda gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Müflisləşmə və iflas haqqında”, "İcra haqqında”, "Banklar haqqında”, "Teatr və teatr fəaliyyəti haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və "Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb.
Əli Hüseynli bildirib ki, təklif olunan dəyişiklik səhiyyədə icbari tibbi sığortanın tətbiqi, eyni zamanda onun dayanıqlı maliyyə təminatını yaradan icbari tibbi sığorta haqlarının müəyyən olunması və toplanması ilə bağlıdır. Bununla bağlı Mülki Məcəlləyə düzəliş edilərək, onun 61-ci maddəsi yeni redaktədə verilir. Adları çəkilən digər qanunlarda da müvafiq dəyişikliklər edilir.
Sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Onlayn iclasda komitə üzvləri Madər Musayev, Fəzail Ağamalı, Sabir Hacıyev, Vüqar İsgəndərov, Əminə Ağazadə, Kamal Cəfərov, Elşən Musayev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov və Nurlan Həsənov iştirak ediblər.

Xəbər lenti
-
18:24“ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib
-
18:19Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
-
12:22“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirilib
-
11:41Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək
-
10:41Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
-
12:43İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var - MÜSAHİBƏ
-
11:28VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
-
11:25Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
11:23Vardanyanın milyardlıq mülkləri...
-
10:08Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
-
13:47“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:39“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
11:09Şəmkir rayonunda gənc qızların təhsilə marağının artırılması ilə bağlı layihəyə start verilib
-
10:15Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
-
21:05Alındı, cənab Prezident!
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:49“Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar” adlı layihəyə start verildi
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
03 Oktyabr 2023
02 Oktyabr 2023
01 Oktyabr 2023
30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
Digər xəbərlər
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mövqeyini möhkəmləndirir
-
GÜNDƏM, MANŞET, SİYASƏT
“Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarı Azərbaycanın diplomatik qələbəsi, Ermənistanın faktiki ifşasıdır” – Səbuhi Abbasov
-
GÜNDƏM, MANŞET, SİYASƏT
BMT-də islahatlar qaçılmaz həddə gəldi – Əliyevlə Ərdoğanın təklifi masada
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Əli Hüseynli Bolqarıstan parlamentinin sədr müavini xanım Mukaddes Nalbant ilə görüşüb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
MEDİA “Sərhədsiz Reportyorlar”a şəhid jurnalistlərlə bağlı məktub göndərdi
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib - FOTOLAR
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Hikmət Hacıyev yenidən İran səfiri ilə görüşdü - Foto