İctimai xadim, professor Çingiz Abdullayevin 60 illik yubileyidir - QISA BİOQRAFİYA

İctimai xadim, professor Çingiz Abdullayevin 60 illik yubileyidir - QISA BİOQRAFİYA

1 aprel 2020-ci il tarixində professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, Alman–Azərbaycan Cəmiyyətinin sədri, "Azərsu" ASC-nin sədrin müşaviri, sülh səfiri, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü Çingiz Abdullayevin 60 yaşı tamam olur.

Çingiz Əli oğlu Abdullayev 1 aprel 1960-cı ildə Ağstafa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977-1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. 1982–1985-ci illərdə Keşlə maşınqayırma zavodunda mühəndis olaraq başlamışdır. 1985–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında əyani aspirant, elmi işçi və müəllim işləmişdir. 1990–1994-cü illərdə Alman–Azərbaycan Cəmiyyətinin Azərbaycanda nümayəndəsi olmuşdur.Dünyanın müxtəlif, aparıcı kitabxanalarında alman, ingilis, rus və italyan dillərində kitabları saxlanılır. Bundan başqa onun həm Azərbaycanda, həm də xarici ölkələrdə ərsəyə gələn bir çox sənədli filmlərin ssenari müəllifi olmuşdur.2008–2011-ci illərdə Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzinin qurucusu vərəhbəri olmuşdur. 2011–2015-ci illərdə Bakı Slavyan Universitetinin Avropaşünaslıq kafedrasının professoru, Ölkəşünaslıq laboratoriyasının elmi işçisi vəzifəsində işləmişdir. 2013–2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının eksperti olmuşdur. 2011–2012 və 2015–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dissertasiya Şurasının üzvü olmuşdur. 1994-cü ildən Alman–Azərbaycan Cəmiyyətinin sədridir. 2011-ci ildən "Azərsu" ASC-nin sədrin müşaviridir. 2016-cı ildən Bakı Slavyan Universitetinin Azərbaycan Multikulturalizm kafedrasının professorudur.

7NEWS.az



Xəbər lenti