“İLİN ƏN UĞURLU AZƏRBAYCANLI İŞ ADAMI” sorğusunun qalibi bəlli oldu: MÜBARİZ MƏNSİMOV

“İLİN ƏN UĞURLU AZƏRBAYCANLI İŞ ADAMI” sorğusunun qalibi bəlli oldu: MÜBARİZ MƏNSİMOV

Azərbaycan öz iqtisadi və hərbi potensialına görə, regionda lider ölkəyə çevrilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan düzgün, məqsədyönlü siyasət və bu siyasətin tərkib hissəsi olan iqtisadi siyasət öz müsbət nəticəsini verməkdədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız güclü, qüdrətli bir dövlətə çevrilib. Dövlətimizin gücü həm də xaricdə yaşayan soydaşlarımızdan asılıdır. Dünyanın dörd bir yanına səpələnmiş həmyerlilərimiz ölkəmizin maraqları uğrunda ciddi işlər görməkdədirlər. Sevindirici haldır ki, bir çox həmyerlimiz dünya milyarderləri ilə bir araya gəlməyi bacarıblar. Onlardan bəziləri Azərbaycan üçün real olaraq ciddi işlər görməkdədirlər.

 

İCMAL.az Analitik Təhlil Saytı və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Türk-Slavyan Gəncləri Konseyi 2017-ci ilin yekunlarına həsr edilmiş növbəti sorğusunu başa vurdu. HANSI AZƏRBAYCANLIİŞ ADAMIÖLKƏMİZ ADINA BÖYÜK İŞLƏR GÖRÜR?başlığı ilə reallaşan soğunun əsas məqsədi dünya azərbaycanlılarının diqqətini bir mərkəzə yönəltmək, görülən işlərə qiymət vermək, tanınmış ziyalılarımızı gənclər arasında təbliğ etməkdən ibarətdir.

Sorğu 26 Yanvar 2018-ci il tarixinədək davam etdi. Sorğunun qalibi ölkəmizin bütün regionlarında adı fəxr və qürur hissi ilə çəkilən, AzərbaycandadoğulmuşTürkiyəliiş adamı,Palmali Şirkətlər Qrupununsahibi,Xəzər-Lənkəran futbol klubununfəxri prezidenti Mübariz Mənsimov oldu! Təşkilatın rəsmi veb səhifəsi olan ASGA.az-da reallaşan sorğuda 80.764 nəfər iştirak edib. Onlardan 9115 nəfəri Mübariz Mənsimova səs verib.

 

YAXIN GÜNLƏRDƏ "İLİN ƏN UĞURLU AZƏRBAYCANLI İŞ ADAMI” plakatı, DÖŞ NİŞANI Mübariz Mənsimova təqdim ediləcəkdir.

 

Məlumat üçün qeyd edim ki, ASGA və İCMAL.az birlikdə bu günə qədər bir çox istiqamətlədə ixtisaslaşmış sorğular reallaşdırıb. Müxtəlif istiqamətlərdə keçirilən sorğuların qalibləri Akademik Arif Paşayev, Akademik Nərgiz Paşayeva, Səfir Polad Bülbüloğlu, səfir Daşqın Şikarov, səfir Vilayət Quliyev, başçı Elmar Vəliyev və digərləri olmuşlar.

İCMAL.az









Xəbər lenti