İlk dəfə Qan Donorlarına həsr olunmuş “Mənim Qəhrəmanım” adlı konsert proqramı təşkil olunacaq

İlk dəfə Qan Donorlarına həsr olunmuş “Mənim Qəhrəmanım”  adlı konsert proqramı təşkil olunacaq
 Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) təşkilatçılığı, Azərbaycan Milli Olimpiya Komitəsinin,  Milli Olimpiya Komitəsinin "Ədalətli Oyunlar" komissiyasının, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB),  Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının və  Talassemiya  Mərkəzinin  rəsmi tərəfdaşlığı, həmçinin  Beynəlxalq  Muğam Mərkəzinin dəstəyi ilə qan donorlarla irsi qan xəstəliyindən əziyyət çəkən insanların habelə inclusivliyi olan şəxlərin görüşünü  özündə ehtiva edən, eyni zamanda həssas qrupdan olan şəxslərin tanınmış müğənnilərlə birlikdə qan donorlarına həsr olunan "Mənim qəhrəmanım” adlı konsert proqramı təşkil olunacaq. Tədbir ümumi qan xəstəliyindən əziyyət çəkən uşaqların, autizm və daun sindromlu yeniyetmə və gənclərin, o cümlədən fiziki məhdudiyyətli əlilliyi olan şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsinə, sosial fəaliyyətlərdə irəli çəkilməsi  və cəmiyyətə inteqrasiya olunmasına xidmət edir. 
Azərbaycan Qan Donorlğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən, qanvermə aksiyaları və təbliğat-təşviqat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində həyata keçirilir.
  "Mənim Qəhrəmanım”  adlı konsert proqramı  fevral ayının 3-də  Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək.
Tədbirdə iştirak xüsusi dəvətlədir!

Xəbər lenti