“İlk Konstitusiyanın milli dövlətçilik tariximizdə müstəsna əhəmiyyəti var” - DEPUTAT

“İlk Konstitusiyanın milli dövlətçilik tariximizdə müstəsna əhəmiyyəti var” - DEPUTAT

"1995-ci il, 12 noyabr tarixi hələ də gözlərimin önündədir. Həmin gün referendum keçirildi və Konstitusiyamız qəbul edildi. Ölkədə, insanlar arasında qəribə bir aktivlik vardı.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən hazırlanıb. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəddir.

Ulu Öndər Heydər Əliyevin 1996-cı il, 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.

Bu gün – 12 noyabr bizim üçün çox əziz və çox önəmlidir. Çünki ilk Konstitusiyanın milli dövlətçilik tariximizdə müstəsna əhəmiyyəti var” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti