İmişlidə “Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda regional müşavirə keçirilib

08 Sentyabr 2022, 17:36
08 Sentyabr
2022
17:36
270
Pambıq yığımı ərəfəsində sahələrdə son becərmə işləri aparılır. Fermerlər pambığın mexanikləşdirilmiş qaydada yığımını həyata keçirmək üçün əkin sahələrində defolyasiya tədbirləri həyata keçirməyə hazırlaşırlar. Vegetasiya prosesinin sonunda bitkinin yarpaqlarını tökməsi və gövdənin qurudulması üçün defoliantlar vurulacaq, tam quruma prosesi başa çatdıqdan sonra isə kombaynlar vasitəsilə kütləvi yığıma start veriləcək.
Kənd Təsərrüfatı Nazirliyi məhsul yığımı ərəfəsində görülən işləri dəyərləndirmək məqsədilə pambıqçılıq rayonlarında regional müşavirələr keçirir. Sabirabad rayonundan sonra "Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda növbəti regional müşavirə İmişli rayonunda baş tutub. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların məsul şəxsləri, İmişli rayon icra hakimiyyətinin rəhbərliyi, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, İmişli, Beyləqan, Füzuli və Zərdab rayonlarından olan 250-dən artıq pambıqçı fermer iştirak ediblər.
Müşavirədə çıxış edən İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, pambıqçılıq əməktutumluluq və gəlirlilik baxımından kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Pambıqçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir, dəstək mexanizmləri genişləndirilir. Fermerlər hər il pambıq becərməyə daha çox maraq göstərirlər. İmişli rayonu ölkənin aparıcı pambıqçılıq rayonları sırasındadır, bu il də rayonun pambıqçıları sahələrdən bol məhsul götürməyə hazırlaşır.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev iştirakçılara 2022-ci il pambıq mövsümü ərzində görülmüş işlər, məhsul yığımına hazırlıq işləri barədə geniş məlumat verib. Bildirilib ki, məhsul istehsalçılarının və sahə mütəxəssislərinin maarifləndirilməsi məqsədilə pambıq bitkisinin becərilməsinə dair təlim mövzuları müəyyənləşib. Aprel-avqust aylarında Aqrar Xidmətlər Agentliyinin Təlim Mərkəzi tərəfindən pambıqla bağlı 8 mövzu üzrə 582 nəfər fermerin iştirakı ilə 42, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən isə 9 mövzu üzrə 345 nəfər fermerin iştirakı ilə 15 təlim keçirilib.
Pambıq yığımı prosesinə hazırlıq işləri barədə məlumat verən Rəfail Quliyev qeyd edib ki, ölkədə pambığın mexanikləşdirilmiş üsulla yığılması üçün texnika sayı tələbatdan çoxdur. Normativ məlumatlara əsasən, 100 min ha pambıq sahəsinin məhsulunun vaxtında maşınlarla yığılması və məhsulun tədarükü və daşınması üçün 350 ədəd pambıqyığan kombayn və 1050 ədəd traktor yedəyi tələb olunur. Aidiyyəti qurumlardan alınmış məlumatlara əsasən hazırda Respublikamızda pambıq yığımında istifadə olunan pambıqyığan kombaynların sayı 447 ədəd və traktor yedəyinin sayı isə 3085 ədəddir. Bu rəqəmlər əvvəlki illərdə olduğu kimi, bu il də pambığın texnika vasitəsilə yığımında heç bir çətinlik olmayacağını göstərir. Artıq pambıqçılıq rayonlarının texnikaya olan tələbatı müəyyən olunub, texnikanın tələbata uyğun dislokasiyası həyata keçirilib.
Nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, P-Agro MMC-nin direktoru Azər Əlizadə, "Azərpambıq ASK” MMC-nin təşkilat şöbəsinin müdiri İlham Quliyev, fermerlər Əlizamin Poladov və Fəxrəddin Əyyubov müşavirədə çıxış edərək, 2022-ci ildə məhsul yığımı pambıqçılıqda istehsal prosesinə hazırlıq, dərman və texnika təminatı barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, 2022-ci il mövsümündə səpinlə birlikdə və vegetasiya dövründə pambıq sahələrinə ümumilikdə fiziki çəkidə 29.9 min ton mineral gübrə verilib. Əkin zamanı 3184 ton toxumdan istifadə edilib ki, bunun 2829 tonu lifsiz, 355 tonu lifli toxumdur. Ümumilikdə fermerlər məhsul yığımı ərəfəsində ciddi bir çətinliklə üzləşməyiblər.
Müzakirələrdə texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.
"Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda növbəti regional müşavirə sabah Salyan rayonunda keçiriləcək.
Xəbər lenti
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
11:46Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
11:22Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
11:16Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
15:31Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
11:58Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
09:04“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
-
19:09“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
-
19:08Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
-
15:07Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
14:49Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Hacıqabulda vətəndaşları qəbul edib
-
14:08Ermənistan silahlı qüvvələrinin “Tor” ZRK-sının məhvedilmə GÖRÜNTÜLƏRİ - VİDEO
-
14:04“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
13:24“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ
-
12:28“SSRİ qanla bərpa ediləcək” iddiası - Putinin deputatını kim danışdırır?
-
18:01Yeni təhsil portalı fəaliyyətə başladı-Edutime.az
-
15:50Millət vəkili Ramil Həsən Ucarda növbəti xoşməramlı aksiyaya start verdi
-
15:01“Bilik günü” münasibəti ilə İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlara hədiyyələr təqdim olundu
-
18:58“Gətirdiyin, bəxş etdiyin demokratiya bax budur, əlahəzrət Amerika!”
-
15:01“Gənc Mülki Müdafiəçilər” düşərgəsinə yekun vurulub
-
09:30Hərbçimiz həlak oldu
-
16:58ASAN könüllülərindən növbəti səhnə işi
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023
19 Sentyabr 2023
18 Sentyabr 2023
17 Sentyabr 2023
16 Sentyabr 2023
15 Sentyabr 2023
Digər xəbərlər
-
SOSİAL
Vitali Balasanyan da HƏBS OLUNDU
-
GÜNDƏM, SOSİAL
Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
SOSİAL
Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
SOSİAL
Şəhid Turalın məktubu
-
SOSİAL
Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
SOSİAL
Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
SOSİAL
TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
SOSİAL
“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
SOSİAL
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib