Çingiz Abdullayev: "Diaspor Komitəsi bizim ümumi işimizi görür, Azərbaycan naminə çalışır" - MÜSAHİBƏ
05 İyul 2021, 11:06
05 İyul
2021
11:06
761
"Həm pandemiya, eləcə də 44 günlük Vətən müharibəsi dövründə böyük imtahandan keçdik. Diaspor nümayəndələri bu imtahandan alnıaçıq çıxa bildilər. Sona qədər mübarizə aparıb, ayaqda durdular".
Bu fikirləri Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev Publika.az-a müsahibəsində bildirib.
- Ümummilli liderimiz Heydər Əliyevin "Biz gərək milli mənliyimizi həmişə yüksəkdə saxlayaq.... milli mənliyimizi gərək itirməyək...” ifadəsi xaricdə yaşayan soydaşlarımızı Azərbaycana və azərbaycançılığa sadiq olmağa, vətənə sədaqətlə xidmət etməyə səsləyirdi. Həmin illər ərzində şahidi olduğunuz məqamları bizimlə bölüşməyinizi istərdim.
- Xatirimdədir, 2001-ci ilin noyabr ayında ulu öndər Heydər Əliyevin də iştirakı ilə keçirilən qurultayda hər bir azərbaycanlının yaddaşına yazılan, qürurla təkrarladığımız bir ifadə işlətdi:
"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" Həmin qurultayda mən də iştirak edirdim. O qüruru sözlə ifadə etməkdə çətinlik çəkirəm. Müstəqil Azərbaycanın diaspora məsələsi Heydər Əliyevi hər zaman düşündürən mövzu idi. Dünya azərbaycanlıları ilə keçirdiyi görüşlər, ona təqdim olunan məlumatlar əsas verdi ki, həmin qurultaydan bir il sonra 2002-ci ilin 5 iyul tarixində Diaspor Komitəsinin yaradılması fərmanını imzalasın. Dünya azərbaycanlıları çox geniş coğrafiyada yaşayırlar. Onların bir araya gəlməsi, bir mərkəzdən koordinasiya olunması, xalqımızın birləşməsi üçün çox vacibdir. Hesab edirəm ki, son bir neçə il ərzində Diaspor Komitəmiz bu vəzifəni layiqincə yerinə yetirir. Əfsuslar olsun ki, bundan əvvəlki dövrü sönük fəaliyyətlə xarakterizə edərdim. Bəlkə də keçmiş rəhbərliyin təcrübəsizliyi, eyni zamanda konsepsiyanı düzgün dəyərləndirməməyi də buna səbəb idi. Lakin Fuad Muradov Diaspor Komitəsinə rəhbər seçiləndən sonra həm ünsiyyət mədəniyyəti, həm idarəçiliyi, həm də gənc kreativ ideyaları ilə qısa zaman kəsiyində çox çətin və məsuliyyətli fəaliyyəti sayəsində birliyin yaranmasına nail oldu. Həm pandemiya, eləcə də 44 günlük Vətən müharibəsi dövründə böyük imtahandan keçdik. Diaspor nümayəndələri bu imtahandan alnıaçıq çıxa bildilər. Sona qədər mübarizə aparıb, ayaqda durdular.
- Cənab prezidentimiz İlham Əliyev özü də vurğulayır ki, bu gün dünyada güclü Azərbaycan diasporu formalaşır. Lakin istifadə olunmamış potensial hələ də qalır və bu imkanlardan maksimum yararlanmaq lazımdır. Necə düşünürsünüz, istifadə olunmamış potensialı hərəkətə gətirmək üçün hansı üsullardan yararlanmaq lazımdır?
- Təxminən 5-6 il il öncə diaspor sahəsində ayrıseçkilik yaranmışdı. Mədəni, birlik müstəvisindən siyasi müstəviyə keçmişdilər. Xalqımıza, dəyərlərimizə layiq olmayan yanaşmalar nümayiş edirdilər. Gəncliyi və fəallığı ilə seçilən Fuad Muradov diasporanı siyasi müstəvidən mədəni müstəviyə keçirməyə nail oldu. Bu çox vacib məqam idi. İştirakçısı olduğu bir çox forumlarda bütün yanaşmaları, rəyləri səbrlə dinləyərək tövsiyələrini verib, ayrı-seçkilik etmədən doğru yönləndirməyə nail oldu. İstər pandemiya dövründən öncəki, istərsə də sonrakı görüşləri buna misaldır. Mən Komitə sədrinin bütün görüşlərini, çıxışlarını izləyirəm və uğurlu fəaliyyətini dəstəkləyirəm. Əlbəttə, potensial tam istifadə olunmayıb. Bunun üçün isə konseptual yanaşma elm və təhsillə bağlı olmalıdır. Çünki elmi baza olmadan dünyada baş verən proseslərə dürüst və əsaslı münasibət bildirmək mümkün deyil. Diaspor məsələlərində də bu məqam qaçılmazdır. Əslində bu sahə kənardan çox sadə görünür. Müxtəlif ölkələr, fərqli xarakterli insanlar, özünəxas cəhətləri ilə seçilən cəmiyyətlər var. Görün, nə qədər mürəkkəb və əməl olunması lazım olan məqamlardır. Fəaliyyətin boyu bütün bu bəndləri nəzərdə saxlamalısan. Bu baxımdan diaspor işçilərinin hər birini fədakar hesab edirəm. Çünki dünyanın hər bir nöqtəsində yaşayan həmvətənlərimizə eyni həssaslıqla çalışdılar. Diaspor fəaliyyəti daim hərəkətlidir, gedişli-gəlişlidir. Pandemiya dövründə hərəkət məhdudlaşsa da onlayn şəraitdə belə eyni tendensiyanı qoruyub saxlaya bildilər. Elə mənim də çoxunda iştirak etdiyim onlayn seminarlar, forumlar bu baxımdan çox əhəmiyyətli idi. Bir sıra nüfuzlu akademiklərimizin, professorların da iştirak etdiyi bu onlayn müzakirələr diaspor komitəsinin məsuliyyətli işinin bəhrəsi idi və dünya azərbaycanlılarının özlərini yalnız hiss etməməsinə zəmin yaratdı. Bununla paralel olaraq açılan Azərbaycan mərkəzləri, təhsil olacaqları, koordinasiya mərkəzləri əhəmiyyətli addımlardır. Bu yaxınlarda komitə sədrinin rəhbərliyi ilə fədakar komandası Türkiyədə səfərdə idilər. Silahlı qüvvələr günündə qazilərimizlə görüş, onların təbrik olunması, bir çox diaspor fəallarının dünyanın hər yanından gəlib, qardaş ölkədə, İstanbulda görüşməsi fürsəti qürurlu məqam idi. Hətta komitə ilə əlaqə saxlayıb, bu təşəbbüsü alqışladığımı və davam edəcəyinə ümid bəslədiyimi bildirdim. Təcrübəli diaspor nümayəndəsi kimi digər dövlət qurumlarını Diaspor Komitəsini dəstəkləməyə çağırıram. Çünki bu komitə bizim ümumi işimizi görür, Azərbaycan naminə çalışır.
- Artıq dünyanın 27 ölkəsini əhatə edən 13 koordinasiya şurası yaradılıb. Gəlin, həm ölkəmizdə, həm də qürbətdə yaşayan oxucularımıza koordinasiya şurasının öhdəlikləri barədə də məlumat verək. Bu şura özündə nələri cəmləşdirir?
- Adından da göründüyü kim bir mərkəzdən koordinasiya olunan, fəaliyyətin yaxşılaşdırılması üçün tövsiyələr verilən sistem nəzərdə tutulur. Elə misal üçün Almaniyadan başlayaq. Bu ölkədə bir çox cəmiyyətlərimiz yaradılıb. Əgər Almaniyada koordinasiya şurası fəaliyyət göstərirsə, bu ölkədəki cəmiyyətlərimiz həmin şura ilə əlaqəli çalışıb, daha çox məlumatlanırlar. 5 il öncə Almaniyada Nizami Gəncəvinin 875 illiyi keçirilmişdi. Tədbiri işıqlandıran jurnalistlərimiz bildirdi ki, zalda iştirak edənlərin böyük əksəriyyəti almanlar idi. Müsahibə almaq üçün azərbaycanlılarımızdan heç kimi tapa bilmədik. Əslində bu yaxşı haldır. Uğurumuzdur. Lakin koordinasiya olunsaydı, soydaşlarımız da daha çox iştirak edərdilər. Hazırda bu məsələyə də böyük önəm verilir. Xaricdə yaşayan azərbaycanlılarımız üçün sosial şəbəkələrdə qruplar yaradılır ki, bu da bir-birindən xəbərdar olmaqlarına imkan verir. Koordinasiya şüalarının fəaliyyəti qarşılıqlı anlayış və demokratiya üzərində qurulub. Bir neçə təklifim var ki, onları da diqqətinizə çatdırmaq istərdim.
Yaxşı olardı ki, koordinasiya mərkəzləri azad olunmuş ərazilərimizdə həyata keçirilən ağıllı kənd, ağıllı şəhər layihələrinin həyata keçirməsinə xaricdə yaşayan diaspor fəallarının da cəlb olunmasına diqqət ayırsınlar. Öz töhfələrini, tövsiyələrini verib, qərb təcrübəsinin inteqrasiyasını həyata keçirsələr, düşünürəm ki, gözəl nəticə əldə edə bilərik. Bundan əlavə beynəlxalq təşkilatlara inteqrasiyamız da vacibdir. Bu təşkilatlarda həmvətənlərimizin çalışmağı gələcəkdə haqq sözümüzün yerini tapması baxımından əlverişli ola bilər.
- Ali baş komandanımız hər zaman çıxışlarında vurğulayır ki, dünya azərbaycanlıları bilməlidirlər ki, onların arxasında dövlətləri dayanıb. Düşünürəm ki, bizi birləşdirən başlıca dəyər ana dilimizdir. Xaricdə yaşayan soydaşlarımızın övladları ana dilimizi unutmasınlar deyə Diaspor Komitəsinin də dəstəyi ilə bir çox Azərbaycan məktəbləri yaradılıb. Bu məsələyə də münasibətinizi bilmək istərdim.
- Cənab prezidentimizin ünvanladığı mesajları doğru şəkildə anlayıb, həyata keçirməliyik. Məsələn mən ixtisasca kulturoloqam. Hazırda isə qloballaşma şəraitində yaşayırıq. Ali baş komandanımız çıxışlarında bildirir ki, qloballaşma şəraitində milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamalıyıq. Bu mövzuda, dilimiz, dinimiz mövzusunda həssas davranmalıyıq. Odur ki, Komitənin bu addımını alqışlayıram. İnanın ki, bu dövrədək o məktəblərə çox ehtiyac vardı. Nəinki Avropada, bütün qitələrdə bu təhsil ocaqlarını canlandırmaq lazımdır. Orxan Fikrətoğlunun çox gözəl filmi var. "Vətən dili" adlanan bu filmdə Qori Seminariyasında təhsil alan həmvətənlərimizdən, mütəfəkkirlərimizdən bəhs olunur. Bu məqamları önə çıxarmaqla xaricdə yaşayan həmvətənlərimizin təhsilə, öz tarixinə həvəsini daha da artırmaq olar. Tariximizi bilməliyik ki, gələcəyimizi də uğurlu qura bilək.
- Qalib Azərbaycanı dünyada təmsil edən diaspor fəallarına təklif və tövsiyələrinizi eşidək...
- Fürsətdən istifadə edib, həmkarlarıma bildirmək istərdim ki, 44 günlük Vətən müharibəsində xarici mediada biraz boşluqla rastlaşdım. Bu da təbiidir, çünki bizim diasporumuz digər xalqlarla müqaisədə hələ çox gəncdir. Yaşadığımız ölkələrin media qurumları ilə əlaqələr qurmağa çalışmalıyıq. Azərbaycanla bağlı qərəzsiz məqalələrin dərc olunmasına nail olmalıyıq. Təkcə Avropa muzeylərində, kitabxanalarında Azərbaycanla bağlı bir çox eksponatlar, kitablar saxlanılır. 2007-ci ildə ssenarim əsasında Almaniyada film ərsəyə gətirdik. Drezdenə getdik. Bildiyiniz kimi Drezden kitabxanasında 99 nadir kitab siyahısında "Kitabi Dədə Qorqud" eposunun əlyazması da qorunur. Almanlar vasitəsilə 15 dəqiqəlik seyf otağında olub, kitabla tanış olmaq imkanı qazandıq. Beləcə çəkilişimizi tamamladıq. Orada olduğum müddətdə öyrəndim ki, bugündək heç bir soydaşımız bura gəlməyib. Bu cür faktlar çoxdur. Düşünürəm ki, qürbətdə yaşayan soydaşlarımız övladlarını bu qəbildən olan məkanlara aparmalıdırlar. Tariximizi, milli dəyərlərimizi canlı görməlidirlər. Azərbaycanı təmsil etmək üçün nailiyyətlərimizi də göstərməliyik. Bu məqamlarla mütləq maraqlanmalıyıq. Yaşadığımız ölkənin yerli əhalisinə özümüzü təqdim etmək üçün bundan gözəl üsul yoxdur. Mən almanla onun dilində danışanda, yaxud o mənim vizit kartımdakı professor qeydini görəndə, mənə olan diqqəti, hörməti biraz da artır. Bu sadə misaldır. Avropada türk, tatar kəndləri var ki, bizim xəbərimiz yoxdur. Özümüz də yaşadığımız ölkəyə layiqincə adaptasiya olub, Azərbaycana qarşı maraq oyatmalıyıq ki, ölkəmizi ziyarət etmək istəsinlər.
- Haqlısınız. Gəlin, fədakar Diaspor Komitəsi komandasına 19 illikləri münasibətilə arzularımızı çatdıraq.
- Məmnuniyyətlə. Diaspor Komitəsinin rəhbərliyini, əməkdaşlarını, onların əhatəsində birləşən cəmiyyətləri və təşkilatları ürəkdən təbrik edirəm. Diaspora Vətənə könüllü xidmət deməkdir. Qürur duyuram ki, artıq 30 ildir mən də bu yolu tutmuşam. Komitə rəhbərliyi başda olmaqla bütün komandaya işlərində daha böyük uğurlar arzu edirəm.
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...