İnsandan vəfa ummaq əbləhlikdir... - Etimad Başkeçid YAZIR

31 May 2022, 21:28
31 May
2022
21:28
640
7NEWS.Az tanınmış şair, yazıçı, tərcüməçi Etimad Başkeçidin ""Dost-dost" deyə..." yazısını təqdim edir.
XXX
"İnsanlara dostlarına görə qiymət verməyin, ona qalsa, İudanın dostlarından yox idi!”
E.Heminquey
Bizdə adamı yaxşı tərəfindən xarakterizə etmək istəyərkən, ona şamil olunan yaraşıqlı epitetlərin sonuna mütləq bir "sədaqətli dost” ifadəsi də əlavə eləməyi unutmurlar. Xüsusən də, epitafiya janrında yazılmış boğazdanyuxarı sicilləmələrdə. Bəs filankəs "çox sədaqətli dost idi” deyə.
Baxırsan, adamın dirisindən xəbəri olmayanın birisi, ölüsünün başının üstünü alıb, muzdla ağlayan arvadlar sayağı elə şivən qoparır ki, ölü yaddan çıxır, bunun əhvalına yanmağa başlayırsan.
Sözüm onda deyil, mən "sədaqətli dost” haqqında danışmaq istəyirəm.
***
Bugünlərdə oturduğum bir məclisdə məni dönə-dönə "vəfalı, sədaqətli dost” kimi tərifləyib, şənimə badə qaldıran bir sənətkarın üzünə qayıtmaq istədim. İstədim deyəm ki, bu dünyada ən sədaqətli, vəfalı varlıqlar itlərdir. O da hamısı yox! İnsandan vəfa ummaq özü də əbləhlikdir…
Sonra fikirləşdim ki, məclisin pafosu ilə heç uyuşmayan bu sözlər daş və qurbağa gölü effekti yaradacaq, bayaqdan mənim sağlığıma nitq irad eləyən həmkarımın sifəti qəfildən dəyişəcək və o, sözümün ardını gözləmədən:
- Sən oturub, çörək kəsdiyin adamları təhqir eləyirsən? – deyə bozaracaq.
Mən isə "çörək kəsmək”lə bağlı da nələrsə deyəcəyəm, məsələ bir az da qəlizləşəcək. Odur ki səsimi içimə salıb, səbirlə məclsin bitməsini gözlədim və bu yazını yazmağı qərara aldım.
Ondan başlayım ki, əskilərdə qulun comərdliyi onun sahibinə sədaqəti ilə ölçülürmüş. Yəni sədaqətlilik, iyerarxiya münasibətləri sisteminin əhəmiyyətli ünsürlərindən idi. Ol zamanlarda taxta çıxan padşahlar and içmirdi, əksinə, təbəələr ona sədaqət andı içirdilər. Bu, bir növ ictimai müqavilə idi, bu andı pozmaq cinayət törətməyə bərabər tutulurdu.
Bəlli məsələdir, insan eqosunun özəllikləri belədir ki, iki fərdin belə bir-birinə eyni dərəcədə sədaqətli olması mümkünsüzdür.
Bunu qədim insanlar bizdən yaxşı bilirdi.
Nəticədə insanların bir-birinə sədaqət andı içməsi, uzaq səfərlərə çıxan cəngavərlərin öz sevgilisinə "sədaqət kəməri” taxması kimi məsələlər meydana çıxırdı. İşgəncə alətini xatırladan "sədaqət kəməri” haqqında ayrıca danışmaq lazımdır. Bu kəmər qadın bədəninin bütün alt hissəsini "blokirovka” edən iri dəmir konstruksiyadan ibarət olurdu. Cəngavərlik romanlarında bu barədə çox danışılıb, Avropa muzeylərində nümayiş etdirilən belə kəmərlərin çeşidi isə "göz oxşayır”.
Bu yerdə Oskar Uayldın "Dorian Qreyin portreti” əsərindəki sətirləri xatırlamaq lazım gəlir. Sənətkar yazır ki, "həyatında bircə dəfə sevənləri mən dayaz adamlar sayıram. Onların sədaqəti, vəfası yalnız vərdiş letargiyası, yaxud təxəyyülün kasadlığından irəli gəlir. Bu, sadəcə gücsüzlüyün sübutudur, mülkiyyətçi tamahkarlığıdır”.
Uayldın "Sədaqətli dost” adlı bir hekayəsi də var – burada bir-birinə "dost” deyib, dördəlli yapışanların həyat hekayəti nəql olunur. Axırda məlumdur, biri o birisinin anasını ağlar qoyur.
"Sədaqətli dost” ifadəsinin özü də nitq ştampından başqa bir şey deyil, məncə. Bu, "şirin şərbət” kimi səslənir. "Dost” sözündə sədaqət, vəfa və s. kimi eyni semantik sıradan olan qavramlar ehtiva olunmur məgər?!
Ötənlərdə sənətkarlar klassik dostluq anlamının (sədaqət bir yana qalsın!) yalnız fiksiya olduğunu çox gözəl ifadə etmişlər:
***
Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay Mədəd.
***
"Dost, dost” deyə neçəsinə sarıldım,
Mənim sadiq yarım qara topraqdır.
***
Gunçıxandan günbatana yürüdüm,
Bir dost bulammadım, gün axşam oldu.
Hər ürəyə, hər könülə boylandım,
Bir dost bulammadım, gün axşam oldu...
***
Sufi şairlərinin "dost” deyərkən yalnız Allahı nəzərdə tutmaları təsadüfi deyil.
Ətrafınıza diqqət yetirin, görün, hansısa gerçəkləri pərdələmək və öz eqosunu təmin etmək üçün "sədaqət”, "vəfa”, "dost” kimi ibarələrdən nə qədər adam çox ustalıqla istifadə edir?
Bunun yalnız bir adı var – özündə olmayanlardan danışmaq!
Bir-birinə qarşı dürüst olmaq, hər addımda yalana, fəndgirliyə baş vurmamaq, aradabir vicdanının da səsini dinləmək kifayətdir ki, bu yalançı dostluqların girovuna çevrilməyəsən…
Shushapost.az

Xəbər lenti
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
11:46Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
11:22Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
11:16Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
15:31Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
11:58Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
09:04“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
-
19:09“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
-
19:08Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
-
15:07Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
14:49Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Hacıqabulda vətəndaşları qəbul edib
-
14:08Ermənistan silahlı qüvvələrinin “Tor” ZRK-sının məhvedilmə GÖRÜNTÜLƏRİ - VİDEO
-
14:04“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
13:24“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ
-
12:28“SSRİ qanla bərpa ediləcək” iddiası - Putinin deputatını kim danışdırır?
-
18:01Yeni təhsil portalı fəaliyyətə başladı-Edutime.az
-
15:50Millət vəkili Ramil Həsən Ucarda növbəti xoşməramlı aksiyaya start verdi
-
15:01“Bilik günü” münasibəti ilə İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlara hədiyyələr təqdim olundu
-
18:58“Gətirdiyin, bəxş etdiyin demokratiya bax budur, əlahəzrət Amerika!”
-
15:01“Gənc Mülki Müdafiəçilər” düşərgəsinə yekun vurulub
-
09:30Hərbçimiz həlak oldu
-
16:58ASAN könüllülərindən növbəti səhnə işi
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023
19 Sentyabr 2023
18 Sentyabr 2023
17 Sentyabr 2023
16 Sentyabr 2023
15 Sentyabr 2023
Digər xəbərlər
-
GÜNDƏM, MƏDƏNİYYƏT
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir
-
GÜNDƏM, MƏDƏNİYYƏT
Tanınmış psixoloq Xatirə Səfərova "Humay" Milli Mükafatı ilə təltif edildi - FOTOLAR
-
GÜNDƏM, MƏDƏNİYYƏT
Qənirə Paşayeva Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışında çıxış edib
-
GÜNDƏM, MƏDƏNİYYƏT
İnsandan vəfa ummaq əbləhlikdir... - Etimad Başkeçid YAZIR
-
GÜNDƏM, MƏDƏNİYYƏT, SİYASƏT
Brüssel görüşü İrəvanda təlaş yaratdı...
-
GÜNDƏM, MƏDƏNİYYƏT
Qənirə Paşayevanın “Sirlər dünyasına səyahət: MİSİR” kitabının təqdimatı olub
-
GÜNDƏM, MƏDƏNİYYƏT
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə viran qalmış bütün dini və mədəni abidələrimiz bərpa ediləcək
-
GÜNDƏM, MƏDƏNİYYƏT
NARGİN – saralmış kədər
-
GÜNDƏM, MƏDƏNİYYƏT
"Virtual Qarabağ" İKT Gənclər İB tərəfindən "Göyçə: itirilmiş ocaq" sənədli filmi istehsal edilib – GİN-in dəstəyi ilə