İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnamə fondu 60 milyon 500 min manat müəyyənləşib

İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnamə fondu 60 milyon 500 min manat müəyyənləşib
Prezident İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

7NEWS.Az-ın xəbərinə görə, Fərmanının icrası ilə əlaqədar "İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Müəyyən edilib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu 60 milyon 500 yüz min manat təşkil edir.

Nizamnamə fondunun 60 milyon manatı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 mart tarixli 2534 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.3-cü yarımbəndində Agentliyin nizamnamə kapitalının artırılması üçün müəyyən edilmiş vəsait hesabına, 500 min manatı "Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı hesabına hesabına formalaşdırılır.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Xəbər lenti