İran ABŞ-dakı yəhudi təşkilatları və erməni lobbisi ilə əlaqə qurmaq istəyir

İran ABŞ-dakı yəhudi təşkilatları və erməni lobbisi ilə əlaqə qurmaq istəyir

Məlumatlı mənbələrdən verilən informasiyalara görə, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns postuna təyin ediləndən az sonra İranın Ermənistandakı səfiri Abbas Zohuri onunla görüşmək istədiyini deyib.

Makuns istəyə müsbət cavab verib, görüş baş tutub.

Görüş əsnasında A.Zohuri Makunsdan xahiş edib ki, İranın maraqlarının ABŞ-da təmin olunması üçün erməni lobbisinin köməyinə şərait yaradılsın.

 

İranlı diplomat işarə vurub ki, 44 günlük İkinci Qarabağ Müharibəsində İranın Ermənistana verdiyi dəstəyin müqabilində rəsmi Tehran Birləşmiş Ştatlarda güclü olan erməni lobbisinin yardımlarına və dəstəyinə bel bağlayır.

İranın əsas məqsədi Konqresdə dayaqlara malik olmaq, sonra Ağ Evə müəyyən təsir imkanlarına yiyələnmək və bu minvalla da ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların yumşalmasına nail olmaqdır.

Sözügedən məsələdə ABŞ Konqresinin Nümayəndələr Palatasındakı bir sıra ermənipərəst konqresmenlər "resursları paylaşmağa" və Tehranın maraqlarının lobbiçiliyi ilə məşğul olmağa razılaşıblar.

Lakin A.Zohuri ilə ikinci görüşdə Ermənistanın ABŞ-dakı yeni səfiri L.Makuns çox naşı davranıb.

Belə ki, Abbas Zohuri L.Makunsdan ABŞ-dakı erməni lobbi təşkilatları ilə yanaşı, yəhudi qurumları ilə əlaqə yaradılmasında kömək göstərilməsini istəyib.

Bu məsələdə də rəsmi Tehran erməni lobbiçilərə və onların dəstəyinə bel bağlayırdı.

Abbas Zohuri görüşdə bildirib ki, İran tərəfi danışıqlara heyət ayırmağa və Birləşmiş Ştatlardakı yəhudi təşkilatların nümayəndələri ilə sadəcə, Vaşinqtonda yox, İrəvanda, hətta üçüncü ölkədə görüşməyə hazırdır. Fəqət, bu görüş Ermənistanın vasitəçiliyi ilə olmalıdır.

Lakin "sövdələşmə" baş tutmayıb.

ABŞ-dakı yəhudi təşkilatları belə təmaslardan qətiyyətlə imtina edərək ermənilərlə İrana rədd cavabı veriblər./milli

Xəbər lenti