İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub

İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub
Məlum olduğu kimi, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində terror aktı törədilib. Nəticədə səfirliyin bir əməkdaşı şəhid olub, 2 nəfər isə yaralanıb.

7News.Az xəbər verir ki, hadisə ilə bağlı sosial mediada çoxsaylı paylaşımlar nəticəsində #iranianterror #Tehran #Azerbaijan həştəqləri tviterin dünya trendində müvafiq olaraq 1, 3 və 4-cü yerə yüksəlib. 

Qeyd edək ki, sosial media fəalları hadisə baş verən andan ingilis dilində xarici media, beynəlxalq təşkilatları, XİN-ləri, dövlət rəsmilərini məlumatlandırmaq üçün geniş kampaniya təşkil etmişdir. 

Kampaniyada hadisənin mahiyyəti-terror aktı olması foto və videogörüntülərlə izahlı şəkildə hazırlanmış və geniş yayılmışdır. 

Sosial media seqmentində hadisə Azərbaycan, İran, Türkiyə, Ermənistan, Rusiya, Gürcüstan, İngiltərə, Fransa, Birləşmiş Ştatlarda və ən əsası dünya trendində olmuşdur.
 
İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub
İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub

Xəbər lenti