İranın şəhər və universitetlərində etirazlar davam edir

İranın şəhər və universitetlərində etirazlar davam edir
7NEWS.az xəbər verir ki, çərşənbə günü aksiyaya çağırışlar nəticəsində ölkənin bir çox şəhərlərində, eləcə də universitetlərdə etiraz aksiyaları keçirilib. Ölkə daxilində keçirilən nümayişlərdə Senendec, Sakkız, Bender Abbas, Kirmanşah və Kürdüstan kimi şəhərlərdə administrasiyaya etiraz edən nümayişçilər axşam saatlarında küçə və prospektlərdə od yandıraraq, yolu nəqliyyata bağlayıb, hökumət əleyhinə şüarlar səsləndiriblər. Sosial şəbəkələrdə yayımlanan görüntülərdə Tehranın bir çox küçələrində nümayişlərin keçirildiyi, axşam saatlarında pəncərə və eyvanlardan hökumət əleyhinə şüarların səsləndirildiyi görülüb.

7NEWS.az

Xəbər lenti