“İrəli” gənclərin ən sevimli layihəsi “Marş İrəli”ni yenidən keçirəcək
12 İyul 2021, 12:59
12 İyul
2021
12:59
775
Gənclərin asudə vaxtının səmərəli təşkili və gənclərdə milli ruhun formalaşması istiqamətində silsilə layihələrin təşkilatçılığı ilə tanınan "İrəli” İctimai Birliyi tezliklə indiyədək iki mövsümü uğurla başa vurmuş "Marş İrəli” layihəsinə başlayacaq.
Layihənin əsas məqsədi Azərbaycan gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsi, fiziki davamlılığın artırılması, sağlam düşüncəli, rəqabətədavamlı gəncliyin inkişafında dövlət gənclər siyasətinə töhfə verməkdir. Uzun müddətdir mövcud pandemiya səbəbindən genişmiqyaslı layihələrin icrası dayansa da, vaksinasiya tədbirləri nəticəsində epidemioloji vəziyyətin stabilləşməsi nəzərə alınaraq "İrəli” İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə "Marş İrəli” layihəsinin 3-cü mövsümünə start verir. Layihə 2021-ci il üçün Azərbaycanın "Gənclər Paytaxtı” seçilmiş Göygöl rayonunda baş tutacaqdır.
Bu layihəni əvvəlkilərdən fərqləndirən əsas cəhət isə, heç şübhəsiz, Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin verdiyi ruh yüksəkliyidir. Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq və şücaət gənclərlə bağlı dövlət proqramının uğurlu olduğunu nümayiş etdirdi. Cənab Prezident işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı çıxışlarında Qarabağı azad edənlərin məhz onun prezidentlik dövründə yetişən gənclərin olmasını vurğulaması gənclərə verilən ən yüksək qiymətdir.
"İrəli” İB daim dövlətin gənclərlə bağlı siyasətini rəhbər götürür, buna dəstək olmaq üçün səy göstərir.
Açıq hava şəraitində, düşərgə formatında keçiriləcək hərbi simulyasiya xarakterli layihə çərçivəsində 100-ə yaxın gənc ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq, həmçinin müxtəlif mövzularda maarifləndirici təlim sessiyalarında iştirak edəcəklər. Gənclərin layihədə iştirakı əsasında fiziki dözümlülüyü artacaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunlarında gənclər öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Layihə çərçivəsində, həmçinin, N saylı hərbi hissəyə səfər və digər maraqlı tədbirlər də nəzərdə tutulur.
Layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş aralığında, həqiqi hərbi xidmət keçməmiş, vətənpərvər, motivasiyalı, fiziki cəhətdən hazırlıqlı 80 nəfər gənc seçilərək iştirak haqqı qazanacaqdır.
Xatırladaq ki, hazırki dövrədək "İrəli” İctimai Birliyi tərəfindən "Marş İrəli” layihəsinin iki mövsümü uğurla həyata keçirilib. Layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü isə Goranboy rayonunda baş tutub. Silsilə layihədə ümumilikdə 400-ə yaxın gənc iştirak edib.
44 günlük Vətən müharibəsində "İrəli” gəncləri həm ön, həm də arxa cəbhədə xüsusi xidmətlər göstəriblər. Bu gənclərin arasında vaxtilə "Marş İrəli” layihəsində iştirak edənlər də var.
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!