İş adamı Çinarə Ağayeva: “Torpaqlarımızın işğaldan azad edilməsi iqtisadi qüdrətimizi artıracaq”

İş adamı Çinarə Ağayeva: “Torpaqlarımızın işğaldan azad edilməsi iqtisadi qüdrətimizi artıracaq”
ShushaPost.az xəbər verir ki, bu sözləri AZ-MEP Group LLC-nin təsisçisi, tanınmış iş adamı, iqtisadi ekspert Çinarə Ağayeva Qarabağın erməni vandallarından azad edilməsinə münasibət bildirərkən deyib: "Laçının işğaldan azad edilməsi ilə "Dağlıq Qarabağ” münaqişəsi həll olundu. Bu barədə Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində də qeyd etdi. Prezidentimiz yeni tarix yazdı, zəfər tarixi yazdı. 30 ildən çoxdur davam edən erməni işğalı xalqımızın, ordumuzun şanlı zəfəri ilə başa çatdı. İndi qarşıda duran əsas vəzifə Qarabağı dirçətmək, əvvəllər olduğu kimi dünyanın ən gözəl güşəsinə çevirməkdən ibarətdir. Bu mənada ölkəmizdə olan iş adamları, xaricdə olan iş adamları prosesə cəlb edilməli, irimiqyaslı yatırımlar etməlidirlər. Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva illərdir uğurlu sosial-iqtisadi layihələr həyata keçirir. Ölkəmizin bu həssas dönəmində biz həm prezidentimizin, həm də Birinci Vitse-Prezidentimizin ətrafında sıx birləşməli və Qarabağı Cənubi Qafqazın mirvarisinə çevirməliyik. Bütövlükdə, Qarabağın işğaldan azad edilməsi iqtisadi qüdrətimizi artıracaq” – deyə Çinarə Ağayeva qeyd edib.

Xəbər lenti