İsmət rəmzi - kəlağayımız “Şah Butamız!”

İsmət rəmzi - kəlağayımız “Şah Butamız!”

"Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin təbliği” layihəsi çərçivəsində ilk tədbir həyata keçirilib.

 

Tədbir Bakı şəhəri Binəqədi rayon Gənclər Evində baş tutub.

 

Açılış tədbirində qonaq qismində Binəqədi Rayon Gənclər İdman İdarəsin rəis müavini Sevinc Süleymanova, layihənin eksperti biologiya üzrə fəlsəfə doktoru Aygün Yusifova iştirak ediblər. Tədbirdə universitet tələbələri, Binəqədi rayonunun fəal gəncləri iştirak edib.

 

Aygün Yusifovakəlağayının hazırlanması haqqında maraqlı faktları qeyd etmişdir, kəlağayımızın tarixindən danışmışdır. Belə ki, kəlağayılarımızın tarixi və bu günü, Respublika muzeyləri və orada saxlanılan qədim və qiymətli irs nümunələrimiz haqqında ətraflı məlumatlar veriblər. İsmət rəmzi kəlağayımız haqqında verilən məlumatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

Sonda iştirakçılara kəlağayı ilə bağlı maraqlı məlumatlar qeyd olunan buklet təqdim olunub. Gənc qızlara üzərində milli arnamentlərimiz əks olunan maddi və mənəvi irs nümunəsi kəlağayılar təqdim olunub.

 

Xəbər lenti