İTV-dən olduqca təsirli süjet — "Gözlədiyimiz o an gəldi" (VİDEO)
İctimai Televiziya Tovuz döyüşləri haqda təsirli süjet hazırayıb.
Süjet sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Süjetin mətnini və videosunu təqdim edirik:
Gözlədiyimiz O an gəlib və hər kəs sıraya düzülməldir. Burda boy sırası yoxdu, Vətən sırası var. Vətən sırasında isə nə varlı görünür, nə də kasıb, nə vəzifəli görünür, nə də vəzifəsiz!
Cəbhə xəttindən ölüm xəbərləri gəlir. Bu gün ölən təkcə əsgər deyil, həm də gizirdi, mayordu, polkovnikdi, generaldı! Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub. General əsgərinin önündə, əsgəriylə bir yerdə səngərdədi. Özünü əsgərdən fərqləndirmir, Azərbaycan uğrunda öz canını hər an qurban verməyə hazırdır. Generalın ölümü müharibədirmi? Müharibə necə olur ki? İtkisiz müharibə yoxdur, qələbə yoxdur. Şair necə deyirdi? "Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir!” Vətən uğrunda ölmək, itki vermək də Vətən sevgisindən doğur. Biz də Vətən sevgisindən danışırıqsa, itkilərə də hazır olmalıyıq. Bu təkcə bizim ölkəmizdə deyil, hər yerdə belədir.
Həmişə müharibə lazımdı deyilib. İndi o məqamdı və burda sıravi azərbaycanlıdan tutmuş rəsmilərə qədər - hər kəsin üzərinə vəzifə düşür, hər kəs öz yerində olmalı, yerini bilməlidir. Ordu işini görməli, həkim xəstəsini sağaltmalı, jurnalist də xəbərini çatdırmalıdır. Doğru xəbərini! Daha Feysbuk qəhrəmanına çevrilib 92-ci ilin havasını udmaq, keçmişin xiffətini bölücü bəyanatlara köçürmək, yoxlanılmamış, yalan məlumat yaymaq, rəsmilərin fikrini təhrif edib klaviatura arxasından məsləhət vermək VƏTƏN sevgisi deyil! Belə olmaz! Vallah olmaz!
Feysbuk yazılarıyla pusquda dayanan düşmənə fürsət vermək, cəmiyyəti çaşdırmaq vətənpərvərlik deyil, vətənə xəyanətd!. İndi göstərin Vətən sevginizi. Məhz qanında, canında həqiqi Azərbaycan sevgisi olanların əsl zamanıdır. Biz nəinki ermənilərə fürsət verməməliyik, eləcə də əsgər və zabitlərə də mane olmamalıyıq. Ordu hər bir millətin şərəf yeri, qürur mənbəyidir. Orduya, əsgərə mənəvi güc lazımdı, onları ruhlandırmaq lazımdır, bəzilərinin çaşdırıcı, xaric vuran statusu əsgəri də ruhdan salır axı... Və yazdıqlarımızı ermənilər də oxuyur. Heç fikir verdiniz, ermənilər itkilərini necə gizlədirlər? Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qeyd edib ki, düşmənin canlı qüvvəsi, texnikası, komanda məntəqələri vurulur və məhv edilir. Düşməndən fərqli olaraq bizim zabitlərimizin əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər”. Baxarsınız, bir azdan ölən ermənilər ya çayda boğulacaq, ya da maşınla vurulacaq.
Erməni siyasiləri Azərbaycanın güclənməsini «Ermənistanın məhvi» hesab eləyirlər və düz fikirləşirlər.
Ermənilər Azərbaycanın beynəlxalq gücünün paxıllığını çəkir. Düz edirlər.
Qarabağa yol məndən, səndən və Ondan keçir. Və Qarabağ ona görə azad olunacaq ki, bu dəfə Azərbaycan döyüşəcək...
Bu gün ordumuz vəziyyətə tam nəzarət edir. Azərbaycan əsgəri, giziri, mayoru, polkovniki, generalı ölümüylə əks tərəfin təbliğat maşınını da sıradan çıxardı, əsgərləri kimi.
Ona görə onlar qəhrəmandır! Bu, torpağı işğal altında olan bir xalqın arzularına gedən yoldur. Xalq onu öz arzularına doğru aparan hər bir İgidini hər zaman yaşadır, yaddaşına ömürlük həkk edir.
Onlar ölümüylə çoxunun görə bilmədiyi qaranlığı işıqlandırdılar! Əsgərin, gizirin, mayorun, polkovnikin, generalın işıqlandırdığı yolu siz də görürsünüzmü?
Anar Yusifoğlu
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR